Avropa
Serbiya QARIŞDI - Hakim partiyanın ofisini dağıdıb yandırdılar
Avqustun 17-nə keçən gecə Serbiyanın bir sıra şəhərlərində polisə hücumlar və binaların yandırılması ilə müşayiət olunan kütləvi iğtişaşlar baş verib.
Publika.az xəbər verir ki, bu barədə Serbiyanın daxili işlər naziri İvitsa Daçiç məlumat verib.
Onun sözlərinə görə, ən ciddi vəziyyət dörd minə yaxın insanın küçələrə çıxdığı Valyevo şəhərində olub. Etirazçılar hakim Serb Tərəqqi Partiyasının ofisini yandırıb və dağıdıblar.
"Xoşbəxtlikdən içəridə heç kim yox idi", - Daçiç deyib.
Aksiya iştirakçıları şəhər rəhbərliyinə də pirotexniki vasitələr atıb, məhkəmə və prokurorluq binalarına ziyan vurublar. Valevoda baş verən qarşıdurma nəticəsində bir polis əməkdaşı yaralanıb. Ümumilikdə iğtişaş törədən 18 nəfər saxlanılıb.
Belqradda təxminən 1300 nəfər küçələrə çıxaraq polis əməkdaşlarına molotof kokteyli ilə hücum edib. Novi Sadda 500-ə yaxın etirazçı toplaşıb.
"Polis müdaxilə edərək Novi Sad, Belqrad və Valyevoda ictimai asayişi və sakitliyi bərpa edib", - Daxili İşlər Nazirliyinin rəhbəri bildirib.
Avqustun 15-də Serbiya Prezidenti Aleksandr Vuçiç ölkədə etirazlar zamanı iğtişaşların daha çox kənardan törədildiyini bildirib.
Hüseyn İbadlı
-
İKT14:08Bu qəzet və saytlara dəstək göstəriləcək - SİYAHI
-
Sosial13:32Bu gündən satışı qadağan edilir - 5 min manatadək cərimə olunacaqsınız
-
Dünya12:43Dolların taxtı silkələnir: Dünya bu valyutalara üz tutur
-
Ekologiya11:57Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA
-
Rəsmi xronika11:26Prezident general-qubernatoru təbrik etdi
-
İdman11:18Məşhur futbolçunun özündən 5 yaş böyük həyat yoldaşı: Ona pula görə seçməyib - FOTOLAR
-
Dünya10:18Rusiyanın Afrika planı bəlli oldu: Bu 4 ölkədə...
-
Sosial10:06Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı





































