Avropa
Tusk Almaniya ilə böyük qalmaqala səbəb oldu
Almaniyanın müxalifət partiyası olan “Almaniya üçün Alternativ”in (AfD) həmsədri Tino Krupalla Polşanı “Şimal axını” qaz kəmərlərindəki terror aktına mümkün şəkildə qarışmaqda birbaşa şübhəli bilib.
Publika.az xəbər verir ki, bu ittihamın səbəbi Polşa Baş naziri Donald Tuskun qalmaqallı açıqlamaları və Almaniyaya əsas şübhəlini təhvil verməkdən imtinası olub.
Krizis Tuskun “Şimal axını 2” ilə bağlı verdiyi bəyanatdan sonra başlayıb. O bildirib ki, problem onun partladılması deyil, ümumiyyətlə tikilməsidir. Eyni zamanda Varşava diversiyada şübhəli bilinən Ukrayna vətəndaşı Vladimir Juravlevi Almaniyaya ekstradisiya etməkdən imtina edib.
“Biz Polşa hökumət başçısının söylədiyi sözlərə etiraz edirik... Bu ifadələr Almaniyanın enerji suverenliyinə müdaxilədir”, - deyə Krupalla video müraciətində bildirib.
Şübhəlinin təhvil verilməməsi alman siyasətçidə Varşavaya qarşı birbaşa şübhələr yaradıb.
“Tusk partlayışda şübhəli bilinən şəxsi Avropa həbs orderinə baxmayaraq təhvil vermək istəmir... Mən bunu eşidəndə düşünürəm: görəsən Polşa bu terror aktına qarışmış ola bilərmi?” — deyə AfD lideri vurğulayıb.
O, Bundestaq, Avropa və BMT səviyyəsində dərhal izahat tələb edib və partiyasının “Şimal axını”nın salamat qalmış xəttinin təmiri və işə salınmasını dəstəklədiyini xatırladıb.
Rusiya ixrac qaz kəmərlərindəki partlayışlar 2022-ci il sentyabrın 26-da baş verib. Rusiya Baş Prokurorluğu bu hadisəni beynəlxalq terror aktı kimi araşdırır. Almaniyada da istintaq aparılır.
Hüseyn İbadlı
-
Ekologiya17:40Meteohəssas insanların nəzərinə!
-
İdman16:42Messi tarixi uğurdan danışdı
-
Digər16:21Uşaq bağçası və xəstəxana vuruldu, 116 nəfər öldü
-
Ekologiya15:14Günəşdə iki güclü partlayış baş verdi
-
Hadisə14:53Biləsuvardakı qəzada ölən üç gənc eyni kənddə dəfn olundu - FOTOLAR
-
Digər14:21Bu ölkədə hərbi çevriliş oldu
-
İdman14:10"Ayaks"da "Qarabağ"la oyunöncəsi itki
-
Sosial13:50Leyla Əliyeva və Arzu Əliyeva Banqladeş hökumətinin Baş müşaviri ilə görüşdülər

































.jpg)



