Avropa
Avropa qorxu içində: ABŞ qoşunları çıxır, NATO parçalanır
“Tramp NATO-dan çıxa bilməyəcək, lakin ABŞ qoşunlarını Avropadan geri çəkə bilər”.
Publika.az xəbər verir ki, bu barədə İtaliyanın müdafiə naziri Quido Krosetto “Corriere della Sera” qəzetinə müsahibəsində deyib.
İtaliyalı nazir Trampın ABŞ-ı NATO-dan çıxara biləcəyinə inanmır.
“Onun Konqresdə səsverməyə ehtiyacı olacaq və şübhə edirəm ki, onlar lehinə qərar verəcəklər. Bunun əvəzində o (Tramp-red), qoşunları Avropadan çıxarmaq qərarına gələ bilər. Belə bir qərar bizi təhlükəsizlik baxımından zəiflədəcək. Hazırda ABŞ qoşunlarını əvəz etmək iqtidarında deyilik”, - o bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp NATO müttəfiqlərinin İrana qarşı müharibədə iştirakdan imtina etməsindən sonra Şimal Alyansından çıxa biləcəklərini bildirmişdi.
Müəllif: Asif
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ13 Oktyabr 21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art13 Oktyabr 19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
































