Avropa
Aİ "Çin tələsi"ndə: 80-90 faizlik rəqəmlər açıqlandı
Avropa İttifaqının (Aİ) Çin təchizatından yüksək dərəcədə asılı olduğu açıqlanıb.
Publika.az xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa Parlamentində çıxışı zamanı Aİ-nin kritik əhəmiyyətli xammal üzrə Çindən asılılığının 80 faizdən çox, bəzi nadir torpaq elementləri üzrə isə 90 faizə qədər olduğunu bildirib.
“Bizim hələ də çox təhlükəli asılılıqlarımız var. Ən vacib xammalın bir çoxunda Çindən 80 faizdən çox asılıyıq, bəzi nadir torpaq elementlərində isə bu göstərici 90 faizə çatır”, - deyə Fon der Lyayen qeyd edib.
Onun sözlərinə görə, Aİ-də Çin təchizatından asılılığın azaldılması istiqamətində addımlar müzakirə olunur. Almaniya strateji sahələrin Çindən asılılığının azaldılması üçün tədbirlər paketi hazırlayır. Sənəddə ticarətin qorunması, dövlət satınalmaları, şirkətlərin təchizat zəncirləri, kritik xammal, investisiyaların yoxlanılması və texnologiyalara nəzarət məsələləri yer alır.
Almaniya kansleri Fridrix Merts də daha əvvəl Çini Avropa şirkətlərinə bazar prinsiplərinə uyğun olmayan üsullarla təzyiq göstərməkdə və subsidiyalaşdırılmış ixrac siyasətində ittiham edib.
Aİ, həmçinin Çin istehsalı olan elektrik avtomobillərinə rüsumların tətbiqini müzakirə edib. 2026-cı ilin sentyabrında Almaniya və Fransa Çin siyasətini, o cümlədən strateji sahələrə investisiyaların yoxlanılmasını əlaqələndirmək barədə razılığa gəlib.
Müəllif: Adəm
-
Hadisə17:45Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi - FOTO
-
Səhiyyə17:10Daha bir həkim vəfat etdi - FOTO
-
Hadisə16:45Yataqxanada meyiti tapılan tələbə ilə bağlı ATU-dan açıqlama
-
Səhiyyə16:31Azərbaycanda gənc həkimin qəfl ölüm səbəbi bilindi - FOTO
-
Avropa15:54Rusiyanın "kölgə donanması"na qarşı əməliyyat: Gəmiyə desantla basqın edildi
-
ABŞ14:06The Wall Street Journal: "İranın 2500-ə qədər raketi var"
-
İqtisadi gündəm13:48Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
-
Magazin213:33Can Yamana nə olub? - FOTOLAR



















.png)


















