Bilgi.az
Azərbaycanda bir-birini tanımayan qız və oğlanlar üçün “KOR GÖRÜŞ” keçirildi
Bakıda məşhur kafelərin biri rəsmi olmasa da, bakılılar, eləcə də şəhər sakinləri tərəfindən sevilən “Müqəddəs Valentin Günü”ndə maraqlı bir təşəbbüslə çıxış edib.
Publika.az xəbər verir ki, kafenin instaqram səhifəsində “Kor görüş” elanı verilib və əsl səs-küyə səbəb olub. Xəbər sosial şəbəkələrdə cəmi bir gündə 2500-dən çox paylaşılıb, yüzlərlə insan isə görüşə yazılmaq üçün müraciət edib.
“Nə oğlan, nə də qız kimlə görüşə getdiyini bilməsə də, olduqca səviyyəli görüş təşkil olunub, anketləri şəxsən özümüz nəzərdən keçirirdik. Subay insanlar 14 Fevral tarixində özlərini tək hiss etməsinlər deyə belə bir addım atmaq qərarına gəldik. Düşünürük ki, martda da bu təşəbbüsü yenidən təkrarlayaq. Çünki istək həddən artıq çox idi. Qızlardan 300-dən çox, oğlanlardan isə cəmi 20 müraciət aldıq. Sonuncular üçün təbii ki, seçim daha sərt idi. Kişi subay, lakin gələcəyə dair ciddi niyyətli olmalı idi.
İdeyamızı kommersiya adlandırmaq olmaz: biz layihədən praktiki olaraq heç nə qazanmadıq, sadəcə olaraq, yaxşı iş görmək, maraqlı insanları tanıtmaq və bəxtimiz gətirsə, gözəl bir cütlüyün tanışlığına vəsilə olmaq istəyirdik. Ona görə də təbii ki, biz görüşlərin təşkilinə çox diqqətlə yanaşdıq. Daha gənc insanlar səhər yeməyinə, böyüklər isə şam yeməyinə dəvət olunurdu. Təcrübə tam uğur qazandı! Çoxlu sayda rəylər və təbii ki, aksiyanın təkrarlanması və ya müntəzəm olması üçün müraciətlər aldıq”, - restoranın sahibi paylaşımında qeyd edib.
Görüş təşkilatçılarının sözlərinə görə, iştirakçıların bir çoxu uğurlu biznesmen, yaxşı təhsili olan, tanınmış şirkətlərdə çalışan, o cümlədən beynəlxalq şirkətlərdə təcrübə keçmiş gənc azərbaycanlı qadınlar və bəylər olub. Müraciət edən bütün qızlar maddi sabitliyə malikdir və seçilmiş insandan yalnız sevgi və hörmət gözləyirlər. Bildirilib ki, xanım iştirakçılar öz tələblərində mümkün qədər təvazökar olub. Onları qarşı cinsdə onları partniyorun yaşı, boyu və pis vərdişlərinin olmaması maraqlandırıb.
“Ancaq kişi qəhrəmanların “istəklər toplusunun daha tələbkar olduğu ortaya çıxıb. Məsələn, bir iştirakçı öz profilində yazdı: “Mən o qədər gözəl bir qızla tanış olmaq istəyirəm ki, hamı bizə baxsın”: uzunayaqlı, hündürboyulu, model kimi, eyni zamanda döyməsi olmasın və dodaqları təbii olsun, maliyyə cəhətdən müstəqil olmalıdır. Bu, azərbaycanlı bəylərin görmək istədiklərinin kiçik siyahısıdır.
Vasvası iddiaçılar arasında görüşə gül dəstəsi ilə gələn bəylər də olub ki, bu da qızlarda dərhal xoş təəssürat yaradıb. İlk görüşümüzün iştirakçıları üçün necə keçdiyini bilmirəm, hamı sonradan rəy göndərmir, amma bir cütlüyün yarandı. Oğlan bizə bir mesaj yazdı və təşəbbüsümüz sayəsində xəyallarının qızı ilə tanış olduğu üçün bizə təşəkkür etdi”, - kafenin sahibi deyib.
Zaman dəyişir, insanlar dəyişir. Və həyatın göstərdiyi kimi, cəmiyyətimizdə kişinin qadına münasibəti də dəyişir. Əgər əvvəllər bütün kişilərin kriteriyalarına qadın təvazökarlığına və ədəb-ərkan daxil olurdusa, müasir tələbkarların istəkləri bəzən çaşqınlıq yaradır...
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...