Bilgi.az
Dünyanın ən böyük bitkisi kəşf edildi: tək toxumla geniş əraziyə yayıldı
Avstraliyanın qərb sahillərində dünyanın ən böyük bitkisi aşkar edilib. Cənubi Avstraliyadakı Flinders Universiteti və Qərbi Avstraliya Universitetinin tədqiqatçıları Shark körfəzində 180 kilometr uzunluğunda dəniz otu tapıldığını açıqlayıb.
Publika.az bunu xarici KİV-lərə istinadən xəbər verir.
Təxminən 200 kvadrat kilometr əraziyə yayılmış “Posidonia australis” növünün nəhəng orqanizmi olan dəniz otunun ən azı 4500 yaşında olduğu təxmin edilir. Nəhəng bitkinin tək toxumdan geniş bir əraziyə yayıldığı müəyyən edilib.
Flinders Universitetinin ekoloqu və tədqiqatın müəllifi Martin Breed bildirib ki, bitkinin bu qədər uzun müddət necə sağ qalması və böyüməsi həqiqətən çaşqınlıq yaradır.
Bölgədə ətraf mühit dəyişikliyinin müşahidə edildiyini ifadə edən Bredin sözlərinə görə bölgədə suda 17 ilə 30 dərəcə selsi arasında geniş bir orta temperatur aralığı var: “Bu da normal dəniz suyunun duzluluğu iki qat artırır. Bu şərtlər çox vaxt bitkilər üçün kifayət qədər stres yaradır".
Tədqiqatçılar qeyd ediblər ki, bitki öz analoqlarından iki dəfə çox xromosoma malikdir və müdaxilə edilmədiyi təqdirdə böyüməyə davam edəcək.
Qeyd edək ki, komanda bitkinin dəyişkən şəraitdə necə sağ qaldığını daha yaxşı başa düşmək üçün araşdırmalarını davam etdirir.
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ13 Oktyabr 21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art13 Oktyabr 19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO































