Bu il Rusiyadan mühacirət edən məşhurlar – Onlar kimlərdir? - VİDEO
Bizi izləyin

Bilgi.az

Bu il Rusiyadan mühacirət edən məşhurlar – Onlar kimlərdir? - VİDEO

Ukraynada hərbi əməliyyat başlayandan sonra Rusiyanın bir çox məşhur artisti və jurnalistləri ölkəni tərk edib. Köçmək üçün ən populyar yerlər İsrail və Avropa ölkələri olub.

Publika.az ulduzlardan hansının indi xaricdə yaşadığını araşdırıb.

Puqaçova və Qalkin

Hərbi əməliyyat başlayandan sonra rusiyalı müğənni Alla Puqaçova və onun həyat yoldaşı, yumorist və teleaparıcı Maksim Qalkin övladları ilə birlikdə İsrailə gediblər. Bu yaxınlarda məlum olub ki, ulduzlar Qryaz qəsəbəsindəki evlərini satışa çıxarıblar. “Osobnyak” 10 milyon dollar dəyərində qiymətləndirilir.

İsraildə Puqaçova ailəsi Təl-Əviv və Hayfa arasında yerləşən dəbli Qeysəriyyə şəhərində geniş malikanə kirayələyir. Eyni zamanda, pərəstişkarları cütlüyün getməsini Rusiyanı tənqid edən Qalkinin sərt açıqlamaları ilə əlaqələndirirlər.

src="/storage/files/upload/878226f03c2545100bc3c7ae5e68bf395b9c582a.jpg" style="width: 379px; height: 252.667px;" class="fr-fic fr-dib">

Mayın 29-da Ostankino televiziya mərkəzinin binasında Alla Puqaçovaya müraciət peyda olub. “Alla, yaxşı ki, sən qaçdın...” Sonra senzuradan kənar ifadələr yazılmış mətn gəlib. Televiziya mərkəzinin mətbuat xidməti qalmaqallı yazı ilə bağlı şərh verməkdən imtina edib.

Öz növbəsində teleaparıcı Oskar Kuçera Qalkinin artıq Birinci kanalda işləmədiyini bildirib. Bununla belə, yumorist xaricdə pul qazanmağın yolunu tapıb və İsrail şəhərləri üzrə konsert turuna başlayıb. Öz növbəsində Alla Puqaçova da sosial şəbəkələrdə fanatları ilə ünsiyyət qurub və müalicə olunduğunu bildirib. Ulduz əmin edib ki, o, Rusiyaya geri qayıtmağı planlaşdırır.

Litvinova və Zemfira

Hələ fevralın sonlarında məlum olub ki, aktrisa Renata Litvinova müğənni Zemfira ilə birlikdə Rusiyanı tərk edərək Fransaya gedib. Aktrisa Parisdə məskunlaşıb və burada Bon-Nuvel bulvarına baxan mənzil alıb. O, daşınmaz əmlakı “çarəsizlikdən” alıb – uzun müddətə uyğun mənzil kirayələmək almaqdan daha çətin olub.

src="/storage/files/upload/b0c3a04b8a7d00a0bb7ec21685f8db8507c3a7e6.jpg" style="width: 344px; height: 229.333px;" class="fr-fic fr-dib">

Rusiyadan getdiyi üçün Litvinova Anton Çexov adına Moskva Bədii Teatrının qastrolunu buraxıb. Onun rəhbərliyi yekunda aktrisanın yerinə əvəzləyici adam tapmalı olub. İndi onun yerinə “Şimal küləyi” tamaşasında Sofya Ernst oynayır.

Çexov adına Moskva Bədii Teatrının direktoruna ünvanladığı rəsmi məktubda Renata Litvinova ölkədən “qaçışını” Parisdə müalicə alması ilə izah edib. “Moskovskiy komsomolets”in məlumatına görə, teatr rəhbərliyi ondan tibbi sənədlər də alıb. Bununla belə, aktrisa artıq xaricdə iş tapıb, o, gürcü dizayneri, Fransanın “Balenciaga” moda evinin kreativ direktoru Demna Qvasaliyanın yaradıcılığına həsr olunmuş filmdə çəkilir.

Çulpan Xamatova

Martın 21-də Rusiyanın Xalq artisti Çulpan Xamatovanın uşaqları ilə birlikdə ölkəni tərk etdiyi məlum olub. Aktrisa Yekaterina Qordeyevaya müsahibəsində bildirib ki, Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayanda o, Latviyada məzuniyyətdə olub. Xamatova orada “gözləmək” istəyib, ancaq sonra mühacirət etmək qərarına gəlib.

src="/storage/files/upload/ddc7fa228c670f11ac2d828c2a8440a77fb3a446.jpg" style="width: 339px; height: 226.375px;" class="fr-fic fr-dib">

Bundan sonra aktrisa müntəzəm olaraq Rusiyanın hərəkətlərini kəskin tənqid edən çıxışlar etməyə başlayıb. Bundan əlavə, o, daşıdığı Rusiya Federasiyasının xalq artisti titulu haqda neqativ danışaraq, bunu “cəfəngiyyat və sovet yadigarı” adlandırıb.

Eyni zamanda Rusiya Federasiyasının Xalq atristi Tatyana Vasilyeva Çulpan Xamatovanın yaratdığı “Həyat bəxş et” xeyriyyə fondunun ağır xəstə uşaqlarının “hər şeysiz” qaldığını bildirib.

Andrey Makareviç

“Zaman maşını” (“Maşina vremeni”) qrupunun lideri Andrey Makareviç də hamilə həyat yoldaşı ilə Rusiyanı tərk edərək İsraildə məskunlaşıb. Orada onların oğlu Eytan dünyaya gəlib.

Eyni zamanda, körpənin anası israilli Eynat Klyayn oğluna Rusiya vətəndaşlığı almaq fikrində olmadığını bildirib. Musiqiçinin özü isə ruslar haqqında kəskin danışıb.

src="/storage/files/upload/583af5fbe34a25a9845586d97c30a3985b2a93cc.jpg" style="width: 342px; height: 230.28px;" class="fr-fic fr-dib">

“Gedənlər – Alla Puqaçova, Maksim Qalkin, Çulpan Xamatova, Zemfira haqqında qışqıraraq dediklərini görürəm... Rusiya sizi tərk edib, ay axmaqlar. Çünki Rusiya onlardır, siz yox”, – Makareviç Teleqram kanalında yazıb.

Oxxxymiron

Ukraynada vəziyyətin kəskinləşməsindən sonra Oxxxymiron ləqəbi ilə fəaliyyət göstərən məşhur reper Miron Fyodorovun xaricə getdiyi məlum olub.

src="/storage/files/upload/3a563ed118c985c29824f05d8f8375a112537e5d.jpg" style="width: 347px; height: 195.477px;" class="fr-fic fr-dib">

Musiqiçi Rusiyanın hərəkətlərini neqativ qiymətləndirib və İstanbulda konsert verib. Ondan gələn gəliri Ukraynaya dəstək üçün göndərəcəyini vəd edib.

Lazareva və Şats

Rusiyanın Ukraynada xüsusi əməliyyatı başladıqdan sonra yumorist və teleaparıcı Tatyana Lazareva bir müddət Kiyevdə olub. O, martın sonunda İspaniyaya köçüb və oradan Rusiyaya qayıtmayacağını bildirib. Daha sonra onun yanına keçmiş əri, artist Mixail Şats da gəlib.

src="/storage/files/upload/80f07ae454ffbe16f6088fe27dc9540c8eff9e01.jpg" style="width: 343px; height: 238.957px;" class="fr-fic fr-dib">

Lazareva sosial şəbəkələrdə ruslar haqqında təhqiramiz danışıb. O, Rusiyanın bir çox kəndlərini gəzdikdən sonra yoxsulluqdan qəzəbləndiyini qeyd edib. Ulduzun sözlərinə görə, əyalət sakinləri “lənətlənmiş analardır” və “uşaqlar heç kimə lazım deyil”.

“Axmaqlar, sərxoşlar, narkomanlar. Onlara nə lazımdır? Televiziyada əyləncə və yemlik!” – onun tamaşaçıları bu cür qiymətləndirməsi populyarlıq qazanıb.

İnqeborqa Dapkunayte

Aktrisa İnqeborqa Dapkunayte də Rusiyaya qayıtmaq niyyətində deyil. O, bacısı və anası ilə Brüsseldə yaşadığını açıqlayıb.

Aktrisa “İnterqız” və “Batan günəş” filmlərində rol alıb. Dapkunayte Rusiya televiziyalarında “Böyük qardaş”, “Buzda ulduzlar” şousuna aparıcılıq edib. Son vaxtlar isə Moskva Xalqlar Teatrının tamaşalarında iştirak edirdi.

İvan Urqant və Kseniya Sobçak

Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayandan sonra Birinci kanal yayım cədvəlini ictimai-siyasi proqramların xeyrinə dəyişib və bu səbəbdən də bir sıra şouların, o cümlədən “Veçernıy Urqant”ın çəkilişləri müvəqqəti olaraq dayandırılıb. Həmin vaxt onun aparıcısı İvan Urqantın ailəsi ilə birlikdə İsrailə getməsi onunla müqavilənin ləğvi və verilişin bağlanması ilə bağlı söz-söhbətlərə səbəb olub.

src="/storage/files/upload/87cac18bbfc45004c35917ce7462186d20fc19f9.jpg" style="width: 323px; height: 221.793px;" class="fr-fic fr-dib">

Mayın 12-də jurnalist Kseniya Sobçak şounun bağlandığını elan edib, “ÇTD” “Telegram kanal”ı isə “Veçernıy Urqant”ın dekorasiyasının sökülməsi mənzərəsini əks etdirən şəkilləri dərc etdi. Teleaparıcının özünü Finlandiyada yanacaqdoldurma məntəqəsində görüblər, lakin şahidlərin sözlərinə görə, oradan Rusiya ilə sərhədə doğru gedib.

Eyni zamanda, Kseniya Sobçakın özü də Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı başlayandan az sonra İsrailə uçub. Teleaparıcının sözlərinə görə, o, oğlu ilə çoxdan planlaşdırdığı tətilə gedib.

Olqa Smirnova

“Bolşoy Teatr”ın prima-balerinası Olqa Smirnova da Rusiyanı tərk edib. O, teatrı tərk edib və xaricə gedib. Balerina karyerasını Niderlandda davam etdirməyə hazırlaşır.

Valeri Leontyev

Bu yaxınlarda Valeri Leontyevin ölkədən təcili şəkildə getdiyi məlum olub. Müğənninin yaxın dostu bu məlumatı verib: “Valeri Amerikaya, Mayamiyə uçdu. Onun orada daşınmaz əmlakı var”. Artist illər əvvəl ABŞ-da 3 milyon dollara ikimərtəbəli villa alıb.

src="/storage/files/upload/0ee8c4fd3bddc35085eb73647c0a1e939be6bc3c.jpg" style="width: 307px; height: 204.324px;" class="fr-fic fr-dib">

Musiqiçinin direktorunun sözlərinə görə, Leontyev praktiki olaraq Rusiyada yaşamır. “Hələ pandemiya ilə bağlı bu baş verdi, çünki praktiki olaraq qastrol və iş yoxdur”, - deyə o bildirib.

Rusiyanı başqa kimlər tərk edib?

Danila Popereçnıy – bloger, komik

Yuri Dud (Rusiyada xarici agent kimi tanınır) – jurnalist, İspaniyaya uçub

Nyuşa - müğənni, Birləşmiş Ərəb Əmirliklərinə uçub

Liliya Qildeyeva – NTV kanalının aparıcısı

Vadim Qlusker – telejurnalist

Valeri Meladze – müğənni

FACE (Rusiyada xarici agent kimi tanınır) – reper

Anton Baqatov – bəstəkar və pianoçu

Səxavət Həmid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm