Kriminal
Bakıda yemək daşıyan şirkətin işçilərinə qarşı CİNAYƏT
Aprelin 20-də və 25-də Səbail rayonu ərazisindən xüsusi karantin rejimi vaxtı hazır yeməklərin online sifarişlərini müştərilərə çatdıran daşıma xidmətinin işçilərinə məxsus “Twister” və “Jonway” markalı mopedlərin oğurlanması barədə 9-cu Polis Bölməsinə müraciətlər daxil olub.
Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən hər iki faktla bağlı müvafiq araşdırmalar aparılıb.
Səbail RPİ və 9-cu Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Twister” markalı mopedi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Q.Eyvazov, “Jonway” markalı mopedi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Əsgərov və Lənkəran rayon sakini D.Əsgərzadə qısa müddətdə müəyyən edilərək saxlanılıblar.
Polis əməkdaşları tərəfindən maddi sübutlar aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı Səbail Rayon Polis İdarəsində cinayət işi başlanılmış, istintaq aparılır.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi









.jpg)




























.jpg)
.jpg)
