Kriminal
Ər və arvadından QORXUNC ƏMƏL - Qadın polisin üstünə benzin tökdü, əri isə...
09 iyun 2020-ci il tarixdə Gədəbəy rayonu, Zəhmətkənd kəndi ərazisində xidməti xəzifələrini icra edən Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşlarına kənd sakinləri tərəfindən müqavimət göstərilərək zor tətbiq olunması faktı üzrə Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə Gədəbəy rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Publika.az xəbər verir ki, istintaqla Zəhmətkənd Bələdiyyəsinin mülkiyyətində olan ümumi istifadə üçün nəzərdə tutulan su bulağının iddiaçı Yasəmən Sadıqova tərəfindən istifadə edilməsinə yaradılan maneələrin aradan qaldırılması barədə Gədəbəy rayon məhkəməsinin qətnaməsinin icrası ilə əlaqədar həyata keçirilən icra tədbiri zamanı xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarını qorxutmaq və xidməti vəzifələrinin icrasına mane olmaq məqsədilə kənd sakini Əli Məmmədəliyevin yumruq və əlindəki balta ilə polis əməkdaşı Nurlan Əsgərova hücum edərək dərəcəsi təyin edilməyən bir neçə bədən xəsarəti yetirməsinə, arvadı Tahirə Məmmədəliyevanın isə polis əməkdaşı Yaşar Hüseynovun üzərinə benzin tökməsi və əli ilə ona dərəcəsi təyin edilməyən bir neçə bədən xəsarəti yetirməsinə əsaslı şübhələr müəyyən edildiyindən onlar, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə Əli Məmmədəliyev barəsinə həbs, arvadı Tahirə Məmmədəliyeva barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gədəbəy Rayon Məhkəməsinə göndərilib.
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO









.jpg)



























.jpg)

.jpg)