Kriminal
FTX-dən xüsusi əməliyyat - Azərbaycanlı milyonçu HƏBS OLUNDU - VİDEO
Video əlavə olunub.
xxx
Rusiya Federal Tətlükəsizlik Xidmətinin (FTX) İqtisadi Təhlükəsizlik Xidməti “K” şöbəsinin əməkdaşları Sankt-Peterburqda “TD Intertorq” (Spar və “Narodnaya Semya” şəbəkələri) şirkətinin keçmiş ortağı Allahverdi Abdulaevi və daha iki top meneceri: vəkil və maliyyə direktorunu saxlayıblar. Onlar Rusiya Əmanət Bankının (“Sberbank”) 8 milyard rubl pulunu oğurlamaqda şübhəli bilinirlər.
Bu barədə RBK-ya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq Baş İdarəsindəki mənbədən məlumat verilib. Məlumatı istintaqla tanış olan bir mənbə də təsdiqləyib.
RBK-nın həmsöhbətləri, xaricdəki borc vəsaitlərinin çıxarılması üçün şirkətə xidmət göstərən bir nəfərin də tutulduğunu bildiriblər.
"Sankt-Peterburqda saxlanılma ərəfəsində əməkdaşların mənzillərində 30 - dan çox axtarış aparılıb", - deyə RBK-ya məlumat verən mənbə bildirib. Onun sözlərinə görə, istintaq tədbirləri ötən ilin dekabrında Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin İstintaq idarəsində Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsinə (xüsusilə böyük miqyasda fırıldaqçılıq) əsasən başlanmış cinayət işi çərçivəsində aparılıb. Mənbə onu da əlavə edib ki, istintaq FTX əməliyyatçıları tərəfindən həyata keçirilən bir sıra əməliyyat-axtarış tədbirlərindən sonra başlayıb.
Polisdəki mənbə bildirib ki, istintaqın versiyasına görə, "TD Intertorq" MMC-nin nümayəndələri ”Sberbank”ın Şimal-Qərb Bankından 8 milyard rubl oğurlayıblar.
"İntertorq" əvvəllər "SPAR"və "Narodnaya Semya” şəbəkələrini idarə edib.
Hazırda şirkət ləğv mərhələsindədir. Mülkiyyətçilərin strukturunda "İnterqrup" MMC şirkəti göstərilib. Bu şirkətin, nizamnamə kapitalında yüzdə 99 faiz payı olan ortaq sahibi Monakoda qeydiyyatdan keçmiş "Societe Civil Particleers Solutions" adlı xüsusi bir vətəndaş cəmiyyətidir, nizamnamə kapitalının yüzdə 1-i isə Müşviq Abdullaevə məxsusdur. Onun qardaşı Allahverdi 2007-ci ildə “TD Intertorq”un nizamnamə kapitalının 30% -nə sahib idi. (virtualaz.org)
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






















.webp)













.jpg)


