Kriminal
Azərbaycanda dəhşətli olay - Kürəkən sərxoş vəziyyətdə qayınanasını...
12 yanvar 2021-ci il tarixdə saat 20 radələrində Şəki rayon sakini Əhmədova Ruqiyə Şükür qızının qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Rayon Prokurorluğundan Publika.az-a bildirilib ki, cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İstintaqla qeyd edilən tarixdə Cəlilov Rahim Tahir oğlunun sərxoş vəziyyətdə Şəki şəhəri, Bağbanlar küçəsi ünvanında yerləşən evinə gəldikdən sonra qayınanası Ruqiyə Əhmədova ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunun qızı və azyaşlı nəvələrinin gözləri qarşısında bıçaqla xəsarətlər yetirərək Ruqiyə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rahim Cəlilov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi









.jpg)




























.jpg)
.jpg)
