Kriminal
Azərbaycanda vəzifəli şəxs iş başında bıçaqlandı
İyunun 30-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) "Qırmızı Körpü" gömrük postunun əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon Prokurorluğuna məlumat daxil olub.
Bu barədə Publika.az-a Qazax Rayon Prokurorluğundan məlumat verilib.
Araşdırmalarla müəyyən edilib ki, rayon sakini Nicat Abdullayev iyunun 30-da saat 19 radələrində idarə etdiyi "Renault" markalı yük avtomobili ilə Gürcüstandan Azərbaycan Respublikasına gələrkən DGK-nin "Qırmızı Körpü" gömrük postunda xidməti vəzifələrini icra edən "Azərterminal Kompleks Birliyi"nin inspektoru Murad Məmmədovun avtomobilin yoxlanışına dair tələbinə etiraz edərək mübahisə edib, daha sonra növbəti gün mübahisəni davam etdirərək üzərində gəzdirdiyi bıçaqla Murad Məmmədovu vurmaq istəyərkən onun qarşısını alan digər gömrük əməkdaşı Ramil Qocayevə bıçaqla xəsarət yetirərək müqavimət göstərib.
Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.
Nicat Abdullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Cinayət işi üzrə istintaq davam edir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi









.jpg)




























.jpg)
.jpg)
