Kriminal
Gözəllik salonlarında qadınlara "patı" verənlər kimlərdir? - DİN rəsmisi açıqladı
Bəzi gözəllik salonlarında qadınlara arıqlama dərmanı adı altında “patı” satılır.
Publika.az xəbər verir ki, bunu ARB24-ün “Gündəm” verilişindəki açıqlamasında DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev deyib. O bildirib ki, Daxili İşlər Nazirliyinə bununla bağlı faktlar daxil olub:
““Metanfetamin” adlı ağır psixotrop maddənin həmin ünvanlarda satışı müşahidə edilib. Aşkarlanan faktlarla bağlı tədbir görülüb və qarşısı alınıb. Həmin şəxslər məsuliyyətə cəlb olunublar. Onlar maddənin çəki azaltmaqda təsiri olduğunu desələr də, onun narkotik vasitə olmasını söyləmirlər. Qeyd edim ki, “metanfetamin” sintetikdir və kimyəvi tərkiblidir. Bir-iki qəbuldan sonra həmin şəxs onun aludəçisinə çevrilir. Həmin maddənin istifadəsi, əsasən, azyaşlılar yox, qadınlar tərəfindən həyata keçirilir”.
E. Hacıyev valideynləri də diqqətli olmağa səsləyib: “Valideynlər övladlarının xarakterində, hərəkətlərində dəyişiklik müşahidə etdikdə onu müvafiq qaydada yoxlatdırsınlar. İmkan olmasa, çətinlik çəksələr, dövlət qurumlarına müraciət etsinlər. Dövlət qurumları tərəfindən müvafiq qaydada zəruri köməkliklər göstəriləcək”.
-
Cənubi Qafqaz20:36Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?
-
Hadisə19:40Azərbaycanda zəlzələ oldu
-
Magazin119:00“Qadın oxuyanlar hamısı bir-birinə oxşayır, burun-dodaq eynidir” - Xalq artistindən qalmaqallı açıqlama
-
Sosial18:20Bu qida məhsulları ilə bağlı yeni tələblər müəyyənləşdi
-
Cənubi Qafqaz17:23Ermənistana ultimatum: Rusiya Qərbin planını rəsmən açıqladı
-
Nida Xəbər 16:32Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak etdi - FOTO
-
Avropa14:21Bu ölkə NATO-dan uzaqlaşma qərarı verdi - Referendum keçiriləcək
-
İdman13:31UEFA-dan FİFA rəhbərinə qarşı sərt addım: Daha qətiyyətli tədbirlər görüləcək












.jpg)























.jpg)
.jpg)

.jpg)