Kriminal
Azərbaycanda məhkəmədə İLGİNC OLAY: hakim özü-özünə etiraz etdi
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Baş Gömrük İdarəsinin həbs edilən əməkdaşlarının cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Publika.az xəbər verir ki, hazırlıq iclası hakim Əli Məmmədovun sədrliyi ilə keçirilib.
Təqsirləndirilən şəxslərdən biri ilə qohumluq əlaqəsi olduğuna görə tərkib heyətində olan hakim Telman Hüseynov özü-özünə etiraz edərək işə baxmaqdan imtina edib.
Proses qeyri-müəyyən müddətə təxirə salınıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən gömrük rəsmiləşdirilməsi zamanı süründürməçiliyə yol verilməklə qeyri-qanuni tələblərin irəli sürülməsi barədə 30 mart 2021-ci il tarixdə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində (KQMBİ) ilkin araşdırma aparılmaqla birgə əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Aparılan əməliyyat-istintaq tədbirləri zamanı Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazov, həmin struktur qurumun Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar Mirzəyev və Emin Xəlilov, "İpək Yolu" gömrük postunda inspektor işləyən Mirağa Ağayev, habelə "Global Broker" MMC-nin direktoru olmaqla "D2D Logistics" MMC-də gömrük işləri üzrə mütəxəssis işləyən Ceyhun Şabanovun idxal olunan malların gömrük orqanından çıxarılmasının tezləşdirilməsi, eləcə də, müəyyən malların sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumları və vergilərin 3 faizi miqdarında müəyyən edilmiş məbləğdən idxal və əlavə dəyər vergisi üzrə ödənilməli olan pul vəsaitinin büdcəyə ödənilməyərək malın gömrük nəzarətindən buraxılmasına şərait yaradılması müqabilində müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində istəməklə almaları və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən olunub.
Qeyd olunanlarla bağlı 17 may 2021-ci il tarixdə KQMBİ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.
Toplanan sübutlar əsasında Elmar Mirzəyev, Emin Xəlilov, Mirağa Ağayev, Ceyhun Şabanov və Aydın Eylazov şübhəli şəxs qismində tutulublar.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının keçirdikləri digər əməliyyatlarla Dövlət Gömrük Komitəsinin əməkdaşları Azər Baxşıyev, Orxan Zöhrabov, Rafael Əzizov, Sadiq İsgəndərov da həbs edilərək sözügedən istintaqa cəlb ediliblər.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsi davam etdirilir.
-
Qoroskop00:15Günün ulduz falı - Bu işıq bəzən zəif görünür...
-
ABŞ12 Mart 23:36ABŞ-da sinaqoqa hücum edən şəxs öldürüldü - Video/Yeniləndi
-
Region12 Mart 23:00Həkimə 300 dəfədən artıq müraciət edən QADIN ÖLDÜ
-
Magazin112 Mart 22:00Ağadadaş Ağayevin qızı ilə bağlı üzücü xəbər - “Onu itirə bilərəm”
-
Magazin212 Mart 20:12Məşhur aktrisanın ən pis öpüşü - Ağız qoxusuna dözə bilməyib
-
Sosial12 Mart 20:00"WhatsApp" uşaqlarla bağlı belə qərar verdi
-
ABŞ12 Mart 19:00Müctəba Xamenei xalqa müraciət etdi
-
İdman12 Mart 18:24Sabiq hücumçuya vəzifə verildi













.jpg)
























