Kriminal
Azərbaycanda iş yoldaşını amansızlıqla öldürən şəxslə bağlı YENİ XƏBƏR
2021-ci il iyulun 4-də Mingəçevir şəhər sakini, 2003-cü il təvəllüdlü Məhəmməd Alıyevin bıçaqla vurularaq çoxsaylı bədən xəsarətləri ilə Mingəçevir şəhər mərkəzi xəstəxanasına daxil olması və aldığı bədən xəsarətlərindən ölməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə şəhər prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Mingəçevir Şəhər Prokurorluğundan Publika.az-a verilən məlumata görə, istintaqla müəyyən edilib ki, zərərçəkmişin iş yoldaşı Kənan Osmanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Məhəmməd Alıyevi turistik bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərkən, onun müvazinətinin itdiyini hiss etməsinə baxmayaraq xüsusi ağrılar, əzab və əziyyət verdiyini dərk etməklə, ümumilikdə 6 bədən xəsarəti yetirib onu qəsdən öldürüb.
ənan Osmanov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi









.jpg)




























.jpg)
.jpg)
