Kriminal
Naxçıvanda şok əməliyyat - Külli miqdarda narkotik aşkarlandı - FOTO
Azərbaycan gömrükçüləri iki fakt üzrə narkotik qaçaqmalçılığı cəhdlərinin qarşısını alıb.
Publika.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Naxçıvan MR-dan tranzit keçməklə Türkiyəyə gedən, həmin ölkə vətəndaşının idarə etdiyi 76DH649/76DH114 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı nəqliyyat vasitəsinə Şahtaxtı dövlət sərhədindən buraxılış məntəqəsində xidməti itin tətbiqi ilə gömrük baxışı həyata keçirilib. Xidməti itin reaksiyası nəticəsində 26 kisədə, ümumi çəkisi 19230 kiloqram olan qara rəngli süngər (pemza) daşı yükünün içində 68 kiloqram 390 qram narkotik vasitə - tiryək aşkar edilib.
Həmin nəqliyyat vasitəsinin ardınca muxtar respublikadan tranzit keçməklə Türkiyəyə getmək üçün giriş edən, hərəkət marşrutu, yükü, idxalatçı və ixracatçının rekvizitləri eyni olan, qonşu ölkə vətəndaşının idarə etdiyi 76DF619/76DH576 dövlət nömrə nişanlı “Man” markalı nəqliyyat vasitəsinə Şahtaxtı dövlət sərhədindən buraxılış məntəqəsində gömrük baxışı həyata keçirilən zaman isə 26 kisədə, ümumi çəkisi 19790 kiloqram olan qara rəngli süngər daşlarının içindən 65 kiloqram 020 qram narkotik vasitə - tiryək aşkarlanıb.
Hər iki fakt üzrə oxşar gizlətmə üsulundan istifadə edilib. Belə ki, ümumi çəkisi 133,4 kq olan narkotik vasitə qarışdırıldığı süngər daşları ilə eyni formaya salınmaqla aşkarlanması çətinləşdirilmiş halda olub.
Qeyd olunan faktlarla bağlı Naxçıvan MR Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi









.jpg)




























.jpg)
.jpg)
