Kriminal
Azərbaycanda 32 yaşlı kişi yoluna çıxan maşının sürücüsünü öldürdü – ŞOK TƏFƏRRÜAT/VİDEO
Video əlavə olunub.
***
Şəki Ağır Cinayətlər Məhkəməsində Qax rayonunda kiçik yol-nəqliyyat hadisəsinə görə baş vermiş və ölümlə nəticələnən dava-dalaşla bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az xəbər verir ki, Rusiya vətəndaşı Vüsal Musayevin sərnişin qismində əyləşdiyi Mübariz Əliyevin idarə etdiyi VAZ-2107 markalı avtomobili ilə Şükür Mahalovun idarə etdiyi “Mersedes-Benz” markalı maşının Qax rayonunun “Ulu” körpü adlanan ərazisində bir-birinin yoluna çıxması və avtomobillərin güzgüsünün bir-birinə dəyməsindən sonra V.Musayevin düşərək tanımadığı Ş.Mahalovla mübahisə edib, onun baş nahiyəsinə yumruqla vurub öldürməsi fakı ilə bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan ölümə səbəb olduqda) maddəsi ilə açılan işin məhkəmə istintaqı zamanı maraqlı faktlar üzə çıxıb.
Bəlli olub ki, yaşlı sürücünü vurub öldürən 1989-cu il təvəllüdlü Vüsal Musyev hadisə vaxtı ailə üzvləri ilə birgə taksi ilə qəbiristanlığa gedirmiş. O, məhkəmədə verdiyi ifadədə deyib: “Rusiya Federasiyası vətəndaşı olmaqla ailəmlə birlikdə həmin dövlətin Nefteyuqansk şəhərində yaşamışam, 2019-cu ilin iyul ayında Qax rayonu İlisu kəndində yaşayan qohumlarının evinə qonaq gəlmişdim. Həmin tarixdə saat 10 radələrində nənəm, bacım yeznəm və onların azyaşlı övladı ilə birlikdə ailə qəbiristanlığında yaxınlarımın qəbirini ziyarət etmək üçün qonşuluqda yaşayan şəxsin idarə etdiyi “Vaz 2107” markalı avtomaşınla yaşadığımız İlisu kəndindən Qax şəhərinə tərəf getdik. “Ulu körpü” adlanan ərazidə təmir işləri getdiyindən Qax şəhərindən İlisu istiqamətində gedən hissədə yol bağlı olduğundan qarşı tərəfdən gələn “Mercedes” markalı avtomaşın bizi gözləmədən yolumuza çıxdı və bu zaman avtomobillərin güzgüləri birbirinə dəydi. Biz maşını saxladıqda digər avtomobilin da qarşı tərəfdə saxladığını görüb həmin avtomaşına tərəf getdim”.
Bu zaman Vüsal əsəblərinə hakim ola bilməyərək Mahal Şükürovun baş nahiyəsinə zərbə endirib.
Təqsirləndirilən şəxs ifadəsinə əlavə edib: “Maşında bacım və onun azyaşlı uşağının həyacanlanması və onlara nə isə olmasından qorxmuşdum və bu səbəbdən də “Mersedes” markalı avtomaşının sürücüsünün laqeyd hərəkətləri məni çox əsəbiləşdirmişdi. Hirsli olduğumdan həmin vaxt sürücünün üzündən sol əlimlə itələdim və bu zaman sürücü özünü saxlaya bilməyib yerə yıxıldı, başı asfalt örtüyə dəydi. Həmin vaxt yeznəm Orxan bizim yanımıza gəldmi, “Mercedes” markalı avtomaşının sürücüsünün həyat yoldaşı isə yoldaşının xəstə olmasını deyərək qışqırdı. Bundan sonra yeznəmlə birlikdə sürücüyə kömək etdik. Təəssüf ki, Mahal Şükürov müalicə aldığı Bakı şəhərində yerləşən Neyrocərrahiyyə Xəstəxanasında öldü. Şükür Mahalovun bütün müalicə xərclərini ödəmişəm və mümkün olan bütün köməkliyi göstərmişəm”.
Zərərçəkən tərəf də Vüsal Musayevlə barışdıqlarını bildirib.
Şəki Ağır Cinayətlər Məhkəməsi V.Musayevin Cinayət Məcəlləsinin 126.3-cü deyil, 124.1-ci, yəni ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə təqsirləndirilməsinə qərar verib. O, 2 il müddətinə azadlıqdan məhrum edilib və cəzasının məntəqə tipli müəssisədə çəkməsinə hökm edilib.
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı














.jpg)














.jpg)



.jpg)

