Kriminal
Lənkəranda narkoşəbəkələrə qarşı əməliyyat - 12 NƏFƏR TUTULDU/FOTO
Lənkəran rayonunda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 12 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Publika.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini S.Rəhmanlı tutulub.
Şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin aşkar edilərək götürülüb.
Araşdırmalarla onun narkotik vasitəni əldə etdiyi şəxsin rayon sakini X.Əzimov olduğu müəyyən edilib və o, polis əməkdaşları tərəfindən saxlanılıb. X.Əzimovun üzərindən 38 qramdan artıq heroin aşkarlanaraq götürülüb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq X.Əzimovun narkotik vasitəni əldə etdiyi mənbə də müəyyən edilib. Araşdırmalarla onun Lənkəran sakini V.Qurbanov olduğu məlum olub.
Şəxsi axtarış zamanı ondan 61 qramdan artıq heroin, 11 qramdan artıq psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.
Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 9 nəfər – Z.Novruzov, Z.Əliyev, C.Bəşirov, N.Ağayev, V.Əlizadə, T.Yusubzadə, Ü.Rəhimli, M.Əbilov, F.Məmmədov saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış narkotik vasitə heroin və elektron tərəzilər aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.

-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO









.jpg)



























.jpg)

.jpg)