Bakıda tələbələr arasında erməni çaxırına görə DƏHŞƏTLİ DAVA: Ölən var - TƏFƏRRÜAT/VİDEO
Bizi izləyin

Kriminal

Bakıda tələbələr arasında erməni çaxırına görə DƏHŞƏTLİ DAVA: Ölən var - TƏFƏRRÜAT/VİDEO

Video əlavə olunub.

***

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin dekabrında Yasamal rayonu Alatava yaşayış massivində - Kənar Dairəvi yolun kənarında baş vermiş kütləvi dava-dalaşla bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, 2000-ci il təvəllüdlü Həsənağa Abdullayev və 2003-cü il təvəllüdlü Elvin Şəmmədov barəsindəki cinayət işi üzrə məhkəmə prosesi hakim Novruz Kərimovun sədrliyi ilə keçirilib və yekunda Həsənağa Şəmmədov qətlə təqsirli bilinərək 16 il, Elvin Məmmədov isə xuliqanlıq maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaq zamanı məlum olub ki, Saatlı rayon sakini olan 18 yaşlı Elvin Məmmədov Bakı Biznes və Kooperasiya kollecinin “Turizm və onun təşkili” fakültəsinin tələbəsidir və hadisə onun tələbə yoldaşları ilə etdiyi mübahisədən sonra baş verib.

Belə ki, fakültənin tələbələrindən ibarət vatsap qrupunda Elşad adlı tələbə erməni çaxırının şəklini paylaşıb, bundan sonra Alı adlı tələbə həmin çaxırı nə vaxt içəcəklərini soruşub. Qrupdakı yazışmaları görən Elvin orada qızların da olduğunu deyərək qrupda belə məzmunlu söhbətlərin edilməməsi ilə bağlı irad bildirib. Alı isə Elvinə şəxsidən yazaraq sözü varsa özünə deməyi, qrupda ona irad bildirə bilməyəcəyini deyib. Bundan sonra tələbələr arasında mübahisə yaranıb və onlar 20 Yanvar metrosunun qarşısında – “Azərsu”nun binası önündə görüşüb söhbəti aydınlaşdırmaq qərarına gəliblər.

İstintaq zamanı məlum olub ki, noyabrın 26-da Elvin dostu Həsənağa ilə Dərnəgül ərazisindəki avtoyuma məntəqəsinə iş axtarmağa gedərkən ona tələbə yoldaşları ilə mübahisəsinin düşdüyünü və onlarla görüşəcəyini deyib. Bu zaman Həsənağa da Elvinlə birgə gedəcəyini bildirib və onlar avtobusla Dərnəgüldən 20 Yanvar metrostansiyası yaxınlığına gediblər. Burada onlar 7-8 nəfərdən ibarət olan 18-20 yaşlı tələbələrlə görüşüblər və məlum olub ki, mübahisənin əsas tərəflərindən biri olan Alı Nuriyev görüşə gəlməyib. Belə ki, Alının dostları onun işdən çıxa bilmədiyini bildirərək özlərinin görüşüb söhbət edəcəklərini deyiblər və Alatava istiqamətində boş ərazinin olduğunu, 20 Yanvarda sıxlığın çox olmasını bildirərək ora getməyi təklif ediblər. Yolda Alının dostlarından Ataş və digər 2 nəfər qrupu tərk edərək başqa yerə gedib.

Təyin edilmiş yerə çatdıqda tərəflər arasında dava-dalaş başlayıb. Bu zaman Həsənağa Abdullayev bıçaqla 2002-ci il təvəllüdlü, Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tələbəsi olan Əli Əliyevə xəsarət yetirib. Ağır xəsarət alan Əli xəstəxanaya çatdırılsa da, orada ölüb. Hadisə vaxtı Elvin Şəmmədov isə hadisə yerindən götürdüyü müxtəlif ölçülü daşlarla münaqişədə iştirak edənlərə hücum edərək xuliqanlıq hərəkətləri edib.

Hadisə vaxtı bir neçə tələbə də müxtəlif dərəcəli xəsarətlər alıb.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm