Kriminal
Azərbaycanda qətl törədən yeniyetmənin cəzası ağırlaşdırıldı
Sumqayıt Apellyasiya Məhkəməsində Xızıda qətl törətməkdə təqsirləndirilən yeniyetmə V.Ə-nin (ad, soyadı şərti) cəzası artırılıb.
Publika.az xəbər verir ki, hakim Elman Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, dövlət ittihamçısının verdiyi apellyasiya protesti təmin olunub.
Belə ki, təqsirləndirilən şəxsə təyin olunan 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib.
Qeyd edək ki, hadisə 2020-ci ilin mart ayının 15-də Şorabad qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakini, 2004-cü il təvəllüdlü V.Ə 2003-cü il təvəllüdlü A.Əliyevi bıçaqlayaraq qətlə yetirib.
Daha sonra yeniyetmə Xızı Rayon Polis Şöbəsi əməkdaşlar tərəfindən şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məclləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi









.jpg)

























.jpg)

.jpg)