Kriminal
14 narkotacir qandallandı
Gürcüstanın Tbilisi, Kvemo Kartli, Şida Kartli, Acarıstan, İmereti və Sameqreloda eyni anda aparılan xüsusi əməliyyat zamanı 14 narkotik maddə alverçisi saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə şimal-qərb qonşumuzun Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, saxlanılan şəxslərdən 11-i Gürcüstan, 3-ü isə xarici ölkə vətəndaşıdır.
Məhkəmənin qərarı əsasında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən gizli istintaq hərəkətləri nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxslər müntəzəm şəkildə narkotik vasitələrin satışı ilə məşğul olublar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan şəxslərin üzərində olan və qanunsuz olaraq satdıqları külli miqdarda narkotik vasitələr - “heroin”, “heroin tozu", “alfa pvp” və “buprenorfin” maddi sübut kimi götürülüb.
Təqsirləndirilən şəxslərin yaşayış evlərinə baxış zamanı külli miqdarda narkotik vasitələrin satışından əldə edildiyi ehtimal olunan pullar maddi sübut kimi götürülüb. Faktla bağlı, Cinayət Məcəlləsinin 260-cı maddəsi ilə cinayət işi açılıb, saxlanılan şəxsləri 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi









.jpg)

























.jpg)

.jpg)