Kriminal
DİN Mingəçevirdəki qətillə bağlı yeni məlumat yaydı - YENİLƏNDİ
Mingəçevir sakini ehtiyatsızlıqdan odlu silahdan açılan atəşlə öldürülüb.
Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.
"Tir tüfəngi öldürə bilir. Az əvvəl Mingəçevirdə dostlar arasında ehtiyatsızlıqdan baş verən hadisə ölümə səbəb olub", - E.Hacıyev qeyd edib.
Qeyd edək ki, hadisə ötən gün saat 22 radələrində baş verib. Şəhər sakini, 1983-cü il təvəllüdlü Aqil Əhmədovun tir tüfəngindən açılan atəş nəticəsində ölməsi barədə polisə məlumat daxil olub. A.Əhmədova tir tüfəngindən atəş açan Sadiq Yusifov saxlanılıb.
Araşdırma aparılır.
xxx
00:00
Mingəçevir sakini odlu silahdan açılan atəşlə öldürülüb.
Bu barədə Publika.az-a DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Saat 22 radələrində şəhər sakini, 1983-cü il təvəllüdlü Aqil Əhmədovun tir tüfəngindən açılan atəş nəticəsində ölməsi barədə polisə məlumat daxil olub.
A.Əhmədova tir tüfəngindən atəş açmaqda şübhəli bilinən Sadiq Yusifov saxlanılıb.
Araşdırma aparılır.
-
İdman23:51“Qarabağ” - “Çelsi” matçının ən yaxşısı o oldu - FOTO
-
İdman23:41ÇL: “Qarabağ” “Çelsi” ilə heç-heçə etdi - VİDEO/YENİLƏNDİ
-
Magazin220:00Ancelina Coli Xersonda - Fotolar
-
Elm və təhsil18:20Prezident onları təltif etdi - SİYAHI
-
Sosial17:36Mənşəyi məlum olmayan ət məhsulları tapıldı
-
İdman17:13“Qarabağ” yenə böyük hesabla uduzdu
-
İdman16:05Messinin həyat yoldaşı açıq-saçıq geyimdə FOTOSUNU paylaşdı
-
İdman15:46"Qarabağ" "Çelsi"yə qalib gəlsə: Görün futbolçular nə qədər mükafat alacaq




































