Kriminal
Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı
Yaxın vaxtlarda növbəti əfv sərəncamının olacağı gözlənilir. Əfv Komissiyasına müraciətlər davam edir. Bəs, əfv sərəncamı ötən il həbs olunan meyxanaçı Rəşad Dağlıya şamil oluna bilər?
Publika.az xəbər verir ki, vəkil Vüqar Babayev Mətbuat.az-a açıqlamasında Rəşad Dağlının əfv olunma şansının çox az olduğunu bildirib.
“Əfv haqqında əsasnamə var. Həmin əsasnaməyə görə, ağır və xüsusilə ağır cinayət törətmiş hər hansı şəxsin əfv olunması üçün ona verilmiş cəzanın mütləq şəkildə yarısını çəkmiş olmalıdır. Ona görə də, şans azdır. Amma təbii ki, bu ölkə başçısının müstəsna səlahiyyətidir. Hər şey ola bilər. Amma Əfv haqqında əsasnaməyə əsasən, qayda belədir”, - o deyib.
Qeyd edək ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da qonşusu İsgəndər Mehdiyevi Lökbatan dairəsi yaxınlığında qətlə yetirib. Meyiti həmin əraziyə atdıqdan sonra könüllü olaraq polisə təslim olub. Rəşad Dağlıya Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ilə ittiham verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il azadlıqdan məhrum edilib.
-
Sosial20:00Sabah Bakının 3 rayonu qazsız qalacaq
-
Magazin219:12Yusuf Güney həbs edildi
-
ABŞ19:00ABŞ-da qəzaya uğrayan təyyarə PARTLADI - Ölənlər var
-
Yaxın Şərq16:33İranın Ali Rəhbəri haradadır? - Öldüyü deyilən Xamenei ilə bağlı RƏSMİ AÇIQLAMA
-
İdman16:27PSJ-nin ulduzu "Liverpul"la oyundan əvvəl şok xəbər alıb: Qardaşı sevgilisini... - FOTOLAR
-
Sosial16:17Bakıda faciəvi şəkildə ölən zabit olub
-
Nida Xəbər 15:52Prezidentin yüksək vəzifə verdiyi Əməşov kimdir? - FOTO
-
Region15:42Paşinyandan yeni Konstitusiya açıqlaması: Yalnız bir seçim var












.jpg)
























