Daşınmaz əmlak
Novxanıda sotu 250 manata torpaq: əmlak bazarında şişirdilmiş qiymətlərə son
"Təhlillər göstərir ki, qiymətlərin düşməsi fonunda əhali böyük məbləğə olan obyektləri almır", -bunu Azərbaycanda daşınmaz əmlak bazarının liderlərindən olan "New Europe" şirkətinin prezidenti Vəfadar Axundov deyib.
Publika.az bildirir ki, ekspert “marja.az”a “üstəlik, qarşıdakı aylarda daşınmaz əmlak bazarında 25-30 faiz ucuzlaşma olacağı gözlənilir və bu səbəbdən də gözləmə mövqeyi tutanlar daha çoxdur, nəticədə kirayə bazarı aktivdir” söyləyib: "Bu gün daşınmaz əmlak bazarındakı durğunluğu şərtləndirən amillərdən biri də ölkədə valyutaya ehtiyacın artmasıdır. Əhalinin bankarlardakı vəsaitlərini geri götürərək hər hansı bir əmlaka və ya biznesə yatırım etmədən dollara çevirib evində saxlaması mənfi təsirlərini göstərməkdədir. Odur ki, bank sektoruna etimadın düşməsi nəticəsində vəsaitlərin depozit şəklində yerləşdirilməsinə marağın qalmaması alternativ sərmayə sahələri məsələsini gündəmə gətirib. Yəni, vəsaiti donmuş şəkildə saxlamaqdansa, dövriyyəyə buraxılması onun dəyərdən düşməsi amilini azalda bilər. Belə bir halda isə riteyl sektorunun perspektivliyi məsələsi çıxır. Xüsusən də əgər Novxanıda torpağın sotunun 200-300 AZN-ə belə təklif edilməsi kimi şərtlərlə rastlaşırıqsa, deməli, daşınmaz əmlak bazarına yatırım perspektivdə ancaq qazanc vəd edir".
V.Axundov qeyd edib ki, tikinti şirkətlərinin mənzil bazarında aktivliyinin azalması, mülahizələrə görə, daha çox onların marketinq siyasətini düzgün qurmaması ilə bağlıdır. Hazırda uzunmüddətli kreditlərlə mənzil tikib istifadəyə verən tikinti şirkətlərinin işləri normal şəkildə davam edir: "Tikintisi bitsə də, hazır mənzilləri kredit şərtləri ilə satmaq istəməyən, yüksək məbləğlər qoyub gözləyən bina sahibləri az deyil və onların bu cür durğunluqla itirdikləri vəsait çox yüksəkdir. Statistikanı təhlil etsək, görərik ki, iri məbləğli bahalı tikililərə müraciətlərin səviyyəsi kəskin düşdüyü halda, bazarda 120 min AZN-ə qədər dəyər daşıyan əmlakların alqı-satqısında aktivlik hələ ki qalmaqdadır. Ekspertlər bu aktivliyin ilin sonuna qədər daha da yüksələcəyini və əmlak bazarında şişirdilmiş qiymətlərin real qiymətləndirmə ilə əvəz olunacağını proqnoz edirlər. Bu səbəbdən də daşınmaz əmlak bazarına yatırımların müəyyən pauzadan sonra səmərəli qazanc mənbəyi olma ehtimalı daha yüksəkdir".
İqtisadiyyat şöbəsi
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO