Daşınmaz əmlak
Ev almaq istəyənlərin nəzərinə: Tələsməyin! – EKSPERT RƏYİ
Daşınmaz əmlak bazarındakı vəziyyət əvvəlki dövrlərdəki kimi makroiqtisadi vəziyyətin təsiri altındadır.
Bunu Publika.az-a eksklüziv açıqlamasında daşınmaz əmlak bazarı üzrə ekspert Rəşad Əliyev deyib.
Mütəxəssis qeyd edib ki, bazardakı qiymətlərə dəstək göstərən, yəni qiymətlərin enməsinə mane olan amillər ortadan çıxmağa başlayıb: “Bu cür amillərdən ən əsası vəsaitlərin bank sektoruna deyil, daşınmaz əmlak bazarına yatırılması idi. Artıq bu amil bazara təsir edə bilmir. Digər tərəfdən neftin qiymətinin aşağı həddə qalması, bazarda olan mənfi gözləntilərdə öz rolunu oynayır”.
Ekspert ipoteka kreditləri ilə bağlı gözlənilən yeniliklərə də toxunub. Bildirib ki, ipoteka kreditləşməsi ilə bağlı addımlar gələn ilə qalıb: “Buna görə də bazarda qiymət enməsinə mane olan və ya onu ləngidən amil artıq qalmayıb. Bu şəraitdə isə qiymət enməsinin davam etməsi normal haldır. Bu proses hazırda da davam edir, söhbət ancaq ondan gedir ki, nə vaxtadək davam edəcək”.
FES-in qərarından sonra neftin qiymətində gözlənilən düşüşün daşınmaz əmlak bazarına necə təsir edəcəyinə gəlincə, Rəşad Əliyev deyir ki, neftin qiymətinin iqtisadiyyata təsiri çox böyükdür: “İqtisadi şərait birbaşa olaraq daşınmaz əmlak bazarına təsir edir. Ancaq nəzərə almaq lazımdır ki, hazırda neft bazarına təsir edən digər amillər də var ki, onlar neftin qiymətinə neqativ təsir göstərir. Başlıca problemlərdən biri isə bazarda təklif həcminin tələbatı üstələməsidir”.
İqtisadiyyat şöbəsi
-
Magazin200:45Reklam üçün açıq-saçıq libaslarda pozalar verdi - FOTO/VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Səbrinizin mükafatını alacaqsınız
-
İdman23 İyun 23:06DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın etdi - YENİLƏNDİ
-
Magazin123 İyun 23:00Zarina məzun oldu - FOTO
-
Elm və təhsil23 İyun 22:24Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?
-
İdman23 İyun 22:12Ronaldo dünya çempionatları REKORDUNU QIRDI
-
Hadisə23 İyun 20:36Ağcabədidə itkin düşən əmioğlular paytaxtda tapıldılar - FOTO/YENİLƏNDİ
-
İKT23 İyun 20:24"ChatGPT" və "Claude" ÇÖKDÜ






































