Daşınmaz əmlak
"İndi pulu əmlaka yatırmaq lazımdır" - EKSPERTLƏR
Devalvasiya və manatın ucuzlaşması şəraitində vəsaitləri saxlamaq üçün ən yaxşı variantlardan biri də onu daşınmaz əmlaka – mənzil və obyektlərə yatırmaqdır. Bu barədə əmlak bazarı üzrə ekspertlər bildirib. Bununla yanaşı, vəsaitin məhz hansı əmlak növünə və hansı vəbəbdən yatırmaqla bağlı ekspertlərin fikirləri fərqlənir.
“Əmlakın ucuzlaşması müvəqqətidir”
Milli valyutanın məzənnəsindən asılı olmayaraq istənilən iqtisadi
şəraitdə daşınmaz əmlaka investisiya qoyuluşu sərfəlidir. Bunu
fins.az-a açıqlamasında “Koneko” qiymətləndirmə şirkətinin baş
mütəxəssisi Vüqar Oruc deyib. Onun sözlərinə görə, əmlak bazarına
pul qoymaq istəyənlər bu məsələdə devalvasiyanı nəzərə almamalıdır:
“İqtisadi böhran əmlakı müvəqqəti ucuzlaşdıra bilər, amma tədricən
qiymətlər yenə də bərpa olunur, əmlak dəyər qazanır. Ona həmişə
tələbat var. Bir qrup insan üçün var-dövlətdir, bəziləri üçün
yaşayış yeridir, bir qisim insanlar üçün isə icarə-kirayə
fəaliyyəti üçün vasitədir. Daimi gəlir yerinə malik olmaq
istəyənlər daşınmaz əmlaka investisiya etməkdən çəkinməməlidir. Bu,
xüsusilə qeyri-yaşayış sahələrinə aiddir”.
“Əmlak almaq üçün əsl fürsətdir”
“Caspian Property Services” şirkətinin direktoru Rəna Axundova isə
deyir ki, iş adamları dolların bahalaşması nəticəsində daşınmaz
əmlakın ucuzlaşmasından istifadə etməlidir: “İqtisadi böhran əmlak
almaq üçün əsl fürsətdir. Tədricən iqtisadiyyat sabitləşəcək. Bu
həm neftin bahalaşması, həm də digər sahələrin inkişafı hesabına
ola bilər. Uzunmüddətli perspektiv üçün torpaq sahələrinə,
qısamüddətli perspektiv üçün isə mənzillərlə pul qoymaq olar:
«İqtisadi böhran tikinti sektorunu zəiflədə bilər ki, bu da son
nəticədə satışa çıxarılan mənzillərin sayını azalda, onların
qiymətini artıra bilər. Həmçinin mənzil almaq fikrindən daşınanlar
torpaq alıb fərdi ev tikməyə üz tuta bilər. Yəni, böhranın təsiri
ilə hər iki növ əmlakın bahalaşması mümkündür".
-
Magazin200:45Reklam üçün açıq-saçıq libaslarda pozalar verdi - FOTO/VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Səbrinizin mükafatını alacaqsınız
-
İdman23 İyun 23:06DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın etdi - YENİLƏNDİ
-
Magazin123 İyun 23:00Zarina məzun oldu - FOTO
-
Elm və təhsil23 İyun 22:24Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?
-
İdman23 İyun 22:12Ronaldo dünya çempionatları REKORDUNU QIRDI
-
Hadisə23 İyun 20:36Ağcabədidə itkin düşən əmioğlular paytaxtda tapıldılar - FOTO/YENİLƏNDİ
-
İKT23 İyun 20:24"ChatGPT" və "Claude" ÇÖKDÜ






































