Daşınmaz əmlak
Dövlət gənclərə ev bağışlayacaq
Azərbaycanda sosialyönümlü xalq evlərinin tikintisi gündəmə
gəlib. Publika.az Xəzərxəbər-ə istinadən verdiyi məlumata görə,
Milli Məclisdə müzakirəyə çıxarılacaq Mənzil Məcəlləsində
sosialyönümlü evlərin tikintisi nəzərdə tutulub. Millət vəkili Hadi
Rəcəbli deyib ki, əslində dövlət bu evləri gənclərə bağışlayacaq:
“Amma simvolik olaraq ev verilmiş şəxs kredit ödəyəcək. Faktiki
olaraq bu bağışlamağın bir növüdür. Bu bizim dövlət başçısının bir
istəyidir. Bu da zaman-zaman həyata keçirilir və keçiriləcək
də”.
Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli
sosialyönümlü ev fürsətindən faydalana bilmələri üçün gənc ailələrə
iş təklif oluna biləcəyini də deyib: “Onlar nikaha girən zaman
birinə mütləq iş verilsin ki, bununla da sosial durumu ağır olan
gənc ailəyə faizsiz uzun müddətli ipoteka krediti verək. Bu ona
oxşayacaq ki, belə ailə kirayə haqqı verəcək, amma 25 ildən sonra
ödədiyi kirayə haqqına görə ev ona qalacaq. Əlbəttə, bunun üçün
maliyyə dəstəyi olmalıdır. Yəni ilkin ödənişi bank ödəməlidir”.
İqtisatçı ekspert Vüqar Bayramlı bu fikri müsbət qiymətləndirib:
“Hesablamalarımız göstərir ki, gənc ailə ayda 60 manat ödəməklə
2-otaqlı, ümumi sahəsi elə 50-60 kvadrat sahə olan mənzilə sahib
ola bilər. Bu zaman bunu məhz 20 il müddətində ödəmək imkanı əldə
etmiş olacaq. Artıq 20 ildən sonra mənzil sahibi mənzilin
mülkiyyətçisinə çevrilməklə sonradan satmaq imkanına da malik
olacaq. Bütün hallarda isə həmin şəxsin il boyu bu evdə qalmaq
hüquqi olacaq”.
Layihənin digər bir üstünlüyü isə sosialyönümlü evə sahib olmaq
istəyən gənclərdən iş yerindən arayışın tələb olunmayacağı ilə
bağlıdır. Vüqar Bayramlı bunundan gənclərin işini daha da
asanlaşdırdığını bildirir:
“Aylıq ödəniş 60 manat olduğu üçün vətəndaş iş yerindən arayış
təqdim etmədən belə sosial mənzilə sahib ola biləcək. Bu da imkan
verəcək ki, vətəndaş sosial mənzilə sahib olan zaman da, hətta iş
yerindən arayış almadan bu evə sahib çıxır. Bunun elə məhz xalq
evinin adlanmasında əsas odur ki, əhalınin aztəminatlı gənc ailələr
üçün nəzərdə tutulur. Yalnız o gənc ailələrə veriləcək. İl ərzində
1-ci mərhələdə dövlət büdcəsindən təxminən 300 milyon manat vəsait
ayrılmaqla bu layihəni həyata keçirmək mümkün olacaq. Bu da imkan
verəcək ki, dövlət sosial mənzil fondunun formalaşmasını həyata
keçirsin və sosial mənzillərin inşası reallaşsın. Və bu da öz
qiymətinə vətəndaşa təklif olunacaq”.
-
Region00:30İran Ukraynanı qanuni hərbi hədəf elan etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik anlar və xoş sürprizlər gözlənilir
-
Magazin126 İyul 23:36"Geyimdən çox rahatlığınızı düşünün"
-
MDB26 İyul 23:24"Onlar sadəcə cini şüşədən buraxdılar" - Putin kimləri deyir?
-
Magazin126 İyul 21:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Sosial26 İyul 21:12Şəhid atası vəfat etdi - FOTO
-
Hadisə26 İyul 20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop26 İyul 20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC




































