Daşınmaz əmlak
Ən bahalı torpaqlar Bakının harasındadır?
Bu ilin may ayında yaz-yay fəslinin başlaması ilə əlaqədər torpaq bazarında aktivlik artsa da, qiymətlərdə nisbətən azalma müşahidə olunub.
"MBA Consulting Group" şirkətinin mütəxəssislərinin Publika.az-a müsahibəsinə görə, torpaq sahələrinin satış müddəti (ekspozisiyası) ötən aya nisbətən 24,57% azalıb. May ayı ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 2,96% azalaraq 19.471 dollar/sot səviyyəsindən 18.894 dollar/sot səviyyəsində qərarlaşıb: “2014-cü ilin may ayında Bakı şəhərinin əksər rayonları üzrə qiymət azalması müşahidə edilməsinə baxmayaraq, Abşeron, Qaradağ və Xətai rayonlarında qiymət artımı müşahidə olunub. Qeyd edək ki, aprel ayında Abşeron rayonunda 10,8% sıçrayışlı qiymət azalması qeydə alınmışdı. Bu azalma əsasən mərkəzi rayon olan Səbail və Nərimanov rayonlarında qeydə alınıb. Hazırda torpaq bazarında ən aktiv rayonlar Xəzər və Abşeron rayonlarıdır. Ən passiv rayon isə Nəsimi və Nərimanovdur. 2014-cü ilin may ayında torpaq bazarında aktivlik şəhərin IV zonasında artıb. Qiymətlərin və torpağa olan tələbin artmasına baxmayaraq, təklif portfelinin həcmində son ayda artım müşahidə olunmayıb. Göründüyü kimi təklifin həcmi III və IV zonalarda artım, I və II zonalarda isə dəyişiklik baş verib”.
Ekspertlər deyir ki, 1 sot torpağın orta qiyməti də uyğun olaraq artaraq 18 894 dollar/sota çatıb: “I zonada qiymət 265373 $/sot, II zonada 153607 $/sot, III zonada 39050$/sot, IV zonada 7021 $/sot təşkil edib.
Zonalar üzrə qiymətlər aktivliyə uyğun olaraq müxtəlif templə dəyişib. Mövsümi aylara baxmayaraq, əvvəlki aylarda torpaq sahələrində qeyd edilən sıçrayışlı qiymət artımı may ayında stabilləşərək II, III və IV zonalarda qiymətlərdə nisbətən azalma müşahidə edilib. Hesabat ayında qiymətlərin artması nisbətən I zonada, azalması isə II, III və IV zonalar üzrə qeydə alınıb. Qiymətlərin ötən aylara nisbətən azalmasına səbəb ötən aylardakı torpaq sahələrində qeyd edilən sıçrayışlı qiymət artımının stabilləşməsini və təklif portfelində ucuz torpaq sahələrinin payının çoxalmasını göstərmək olar.
Torpaq bazarında az sayda artan təklif və aktivlik, mövsümü ayın olması ilə yanaşı, həm də qiymətin nisbətən azalması ilə bağlı olub. Ekspozisiya müddətinin azalması isə əvvəldən də gözlənilən idi”.
Leyla
-
ABŞ02:12Bill Qeytsin qızı 20 il həbsdə yata bilər - Görün nə edib
-
Dəb01:11Payız mövsümünün əsas saç trendi bəlli oldu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sizi romantik və unudulmaz anlar gözləyir
-
Kriminal13 Avqust 23:24Biləsuvarda qətlə yetirilən Şölətin FOTOSU
-
İKT13 Avqust 23:12"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR
-
İdman13 Avqust 23:00Konfrans Liqası: "Qarabağ"ın pley-offdakı rəqibi dəqiqləşdi
-
Magazin113 Avqust 22:36Mətanət İsgəndərli plastik əməliyyatdan sonra... - VİDEO
-
Sosial13 Avqust 22:24Biləsuvarda qətl hadisəsi - 16 yaşlı şübhəli saxlanıldı




































