Dəb
Qışın trend sviterləri bəlli oldu - FOTO
Dizaynerlər hər mövsüm saysız-hesabsız sviterləri satışa buraxır. İncə trikotajlardan tutmuş qalın yun köynəklərə qədər yüzlərlə çeşid alıcıların ixtiyarına verilir.
Publika.az xəbər verir ki, bu payız çox əhəmiyyətli bir tendensiya ortaya çıxıb - V boyunlu boş sviterlər. Bu fasona hamıdan birinci “Lacoste” moda evinin yaradıcı direktoru Louise Trotter müraciət etmişdi.
Soyuqlar yaxınlaşdığı üçün belə bir sviter almağın tam vaxtı yetişib. Lakin lazım olduğundan bir və ya iki ölçü böyük almağı məsləhət görürük. Çünki boş geyimlər indi həm aktualdır, həm də rahatlıq deməkdir. Bu sviterlərin üstünlüyü odur ki, yaxa dekoltesi sayəsində boğulduğunuzu hiss etməyəcəksiniz. V yaxalıqla toxunma sviterlərin digər əsas üstünlüyü ondan ibarətdir ki, cins, yubka və ya klassik şalvarlarla eyni dərəcədə uzlaşır. Onlar yalnız vizual olaraq boynu uzun göstərmir, həmçinin körpücük sümüyünü vurğulayıb gözəlliyinizi daha nəzərəçarpan edəcək.
-
İdman22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH















.png)

.jpg)


.jpg)
















