Digər
Putin PLANI: “Böyük Yeddilərə” qarşı "Böyük BRİKS"
“Böyük yeddilərin” (ABŞ, Böyük Britaniya, Kanada, Almaniya, İtaliya, Fransa və Yaponiya) ötən həftə Almaniyada gerçəkləşən toplantısında əsas müzakirə mövzusu Rusiya idi. “Böyük yeddilər” Rusiyaya qarşı sanksiyaların sərtləşməsi barədə fikir mübadiləsi apardılar. Ancaq hələ ki Qərb dövlətlərin ortaq qərarları Rusiyanı durdurmur.
Publika.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu söyləyib.
Politoloq qeyd edib ki,“Böyük yeddilər” Rusiya ilə Çin arasında tərəfdaşlıq münasibətlərindən də narahatdırlar: “Təsadüfi deyil ki, “böyük yeddilər” Pekinin Kremlin siyasətinə təsir etməsini istəyiblər. “Böyük yeddilərin” məntiqinə görə, Pekin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini durdurmaq üçün Kremlə təzyiq etməlidir. Bunun reallaşması mümkün deyil. Əksinə, Pekin Rusiya-Ukrayna müharibəsinə görə Qərbi ittiham etməkdə maraqlıdır”.
E.Şahinoğlu söyləyib ki, “Böyük yeddilər” bir tərəfdən Pekini yola gətirməyə çalışarkən, digər tərəfdən NATO-nun yeni konsepsiyasında Çin təhlükələrdən biri kimi dəyərləndirilib: “Pekin NATO-nun bu dəyərləndirməsini təxribatçı adlandırıb. Pekin hesab edir ki, NATO “soyuq müharibə” dövründəki baxışlarını davam etdirir. Pekin NATO-nun Avropanı qarışdırdığını, indi isə hədəf kimi Asiya qitəsini seçdiyini bildirib. Bu arada Kreml “böyük yeddilərə” qarşı BRİKS-in (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi ) sıralarını genişlədirməyə qərar verib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov artıq genişlənmə prosesinə start verildiyini bildirib. Lavrov növbəti iki ölkənin adını da çəkib: “Argentina və İran layiqli namizədlərdir”. İran BRİKS- ə üzv olmaq üçün müraciət göndərib. Argentinanın da Braziliyanın ardınca təşkilata qoşulmaq istəyi var. Rusiyanın məqsədi aydındır. Kreml BRİKS-i genişləndirmək yolu ilə ətrafında Qərbə qarşı siyasi blok formalaşdırmağa çalışır. BRİKS ölkələri Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini dəstəkləmirlər. Buna baxmayaraq, BRİKS üzvlərinin Kremllə təmaslarını davam etdirməsi prezident Vladimir Putin üçün vacibdir. Kreml BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatı vasitəsilə ABŞ əleyhinə çoxqütblü dünya formalaşdırmağa çalışır”.
Rahib Ələsgərov
-
Nida Xəbər 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı














.webp)








.jpg)














