Dizayn
Alla Puqaçovanın 1 milyardlıq qəsrindən görüntülər - FOTO
Maksim Qalkin və Alla Puqaçovanın malikanəsini 1 milyard rubla (təxminən 28 milyon 549 min 071 manat) satışa çıxarması ilə bağlı yayılan xəbərlərdən sonra daşınmaz əmlaka maraq daha da artıb.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ulduzların evi Moskva yaxınlığındakı Qryaz qəsəbəsində yerləşir. Bildirilib ki, 12 il əvvələ qədər sözügedən qəsəbə çox tanınan bir yer deyildi. Lakin 2010-cu illərdə Alla Puqaçova və Maksim Qalkinin orada qəsr tikdikdirməsindən sonra qəsəbə məşhur oldu.
Daşınmaz əmlakın özəlliyi odur ki, təxminən 1 hektar ərazidə yerləşən, 3 min kvadratmetr sahəsi və qüllələri olan orta əsr qalasıdır. Primadonna və ərinin qəsri daxili interyeri və möhşətəmliyi ilə seçilir. Foyedə ziyarətçiləri Alla Borisovnanın malikanənin gözətçisi adlandırdığı dəmir cəngavər qarşılayır. İnteryer rəsmlərlə bəzədilib, bir çox yerdə stükko qəliblər, sütunlar, heykəllər və vitrajlara rast gəlmək olar. Dizayn isti rənglərdə hazırlanıb. Qəsrin 4 metrlik tavanı var.
Gizli və çoxlu otaqları olan qəsr mətbəx, hovuzlu spa, kinoteatr, lift, ofislər, kitabxana, bir neçə soyunub-geyinmə otağı və.s-dən ibarətdir. Qəsrdə qulluqçular üçün də otaqlar var.
Primadonna və Qalkin ölkəni tərk etdikdən sonra qəsrə müğənninin nəvəsi Nikita Presnyakov baxır. Şayiələrə görə, Alla və Maksim geri qayıtmaq fikrində deyillər, buna görə də qəsri satmağa qərar veriblər. İlkin qiyməti 1 milyard rubl təşkil edir.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
















.jpg)





















.jpg)

.jpg)