Dünya
Paris terrorundan qaçqınlara ilk zərbə: “Qəbul etməyəcəyik!”
Parisdə ötən gecə törədilən qanlı terror hücumlarından ən çox Avropa ölkələrinə gedən qaçqınların zərər çəkəcəyi barədə iddialar özünü doğrultmağa başlayıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Polşa Avropa Birliyinin qaçqın kvotasını tətbiq etməyəcəyini açıqlayıb.
Polşanın Avropa məsələləri üzrə naziri Konrad Şimanski “wPolityce.pl" portalına açıqlamasında bildirib ki, yeni hökumət Avropa Birliyinin qaçqınların paylanılması planınında Polşa üçün ayırdığı kvotanı qəbul etmir. O, Parisdəki terror hücumlarından sonra kvotanı qəbul etməyin mümkün olmadığını deyib.
Ötən ay keçirilən parlament seçkilərində qələbə qazanan mühafizəkar Ədalət və Hüquq Partiyasının qurduğu hökumət qarşıdakı bazar ertəsi fəaliyyətə başlayacaq.
-
Magazin102:42"Əkiz bacım var, o da yaslara gedir"
-
Sosial00:45Əziz Əlibəyli vəzifəsindən ayrıldı
-
Qoroskop00:15Günün ulduz falı - Sevgidə diqqət sizə yönələ bilər
-
İdman10 Mart 23:48“Qalatasaray” azarkeşləri Osimheni belə ağlatdılar - Video
-
MDB10 Mart 23:36Arvadının keçmiş ərini beysbol dəyənəyi ilə vəhşicəsinə döydü
-
Region10 Mart 22:36Bayraktar Paşinyanla nüvə enerjisindən danışdı - Foto
-
Sosial10 Mart 21:24Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
-
MDB10 Mart 20:50Vahid Ələkbərov Rusiyanın ən varlı üçüncü adamı oldu



































