Dünya
Məşhur fransız sənətkardan Ərdoğana BÖYÜK DƏSTƏK: “Avropalı olduğum üçün utanıram”
Fransalı pianoçu və bəstəkar Stefen Belt Türkiyə və Suriyanın ortaq hərbi hərəkatı olan “Zeytun budağı”na dəstək məqsədilə “mehmetçik”lər üçün konsert proqramı planlaşdırıb.
Publika.az xəbər verir ki, sosial media hesabından izləyicilərinə çağırış edən pianoçu “Zeytun budağı”nda iştirak edən əsgərlər üçün dua istəyib.
25 ildir Fələstin xalqına konsert proqramları hazırlayan Stefen Türkiyəni və özəlliklə, prezident Rəcəb Tayyib Ərdoğanı çox sevdiyini, aksesuarlarında Osmanlıya aid rəmzləri daşıdığını bildirib.
İlk dəfə konsert vermək üçün Türkiyəyə gedən fransalı musiqiçi dəfələrlə sanskiyaya uğradığını da gizlətməyib:
“Türkiyəyə gələndə Ərdoğanın əleyhinə danışmağımı və onun bir faşist olduğunu söylədilər. “Məni qarışdırmayın” deyəndə isə konsertlərimi ləğv edəcəklərini bildirdilər. Mənim üçün müharibə və qarşıdurmalar siyasi deyil, insanlıq məsələsidir. Türkiyəni çox sevirəm və burada yaşamaqdan məmnunam”.
Qeyd edək ki, məşhur pianoçu daha əvvəl verdiyi açıqlamalarda avropalı olduğundan utandığını bildirib.
Zümrüd
-
MDB12:26Orta Asiyadan Moskvada heç kim olmayacaq - Mirziyoyev də imtina etdi
-
Magazin111:48Elza tanınmış blogeri də məhkəməyə verdi - FOTO
-
Dünya11:12Atlantik okeanının ortasındakı kabusdan danışdı: Biz də insanıq
-
Region09:13Ermənistanda əmr verildi: Ağrı dağı bütün loqolardan çıxarılsın - Təcili
-
Avropa09:00“Fəlakət xəbərçisi” sahilə çıxdı - FOTO
-
Pul08:36Dollar, avro və yuan bahalaşacaq, rubl isə...
-
Sosial08:00Tramp İranı yeni sərt zərbələrlə hədələdi
-
İdman06:46Mbappe o davadan sonra bazanı qəhqəhə çəkərək tərk etdi - VİDEO











.jpg)























