Dünya
Süni mayalandırma həkiminin ŞOK ƏMƏLLƏRİ ÜZƏ ÇIXDI: yanına gələn 48 qadını...
Amerikalım süni mayalanma mütəxəssisi Donald Klaynın ağlasığmaz əməlləri üzə çıxıb.
Publika.az xəbər verir ki, həkimin illərlə xəstələri üzərində apardığı müalicələrdə öz spermasından istifadə etməsi aşkarlanıb.
Beləliklə, onun 48 insanın bioloji atası olduğu öyrənilib. O, xəstələrinə tibdə oxuyan tələbələrdən sperma alacağını deyib və onları arxayın salıb. Lakin gizli şəkildə öz spermasından istifadə edib. Əməllərini özü etiraf edən doktor bu addımından dolayı üzr istəyib.
İndiana şəhərində meydana gələn bu olay kiçik yaşlarında süni mayalanma yolu ilə dünyaya gəldiyini öyrənən bir uşağın öz “bacı-qardaşlarını” axtarmaq üçün DNT testi etdirməsi ilə ortaya çıxıb. Az sayda bacı-qardaş tapa biləcəyini təxmin edən balaca uşaq sonda bioloji atasının etirafı ilə bu rəqəmin 48 olduğunu öyrənib.
Qeyd edək ki, sözügedən həkim 2009-cu ildə təqaüdə çıxıb. 2017-ci ildə isə iki ittiham üzrə barəsində 1 illik həbs cəzası qəbul edilib. Lakin ona bu əməli ilə bağlı hər hansı cinayət işi açılmayıb. Çünki İndiana qanunlarında həkimlərin süni mayalanma zamanı öz spermalarından istifadə etməsini qadağan edən maddə yoxdur.
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi






























.jpg)


