Dünya
Tarixi Zirvədən Türkiyəyə DƏSTƏK: Raket atışlarına qarşı ayıq olmağa...
Belçikanın paytaxtı Brüsseldə keçirilən NATO Liderlər Zirvəsi sona çatıb.
Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, Zirvədən sonra bütün liderlərin imzası ilə yayımlanan bəyanatda Türkiyənin təhlükəsizlik məsələlərindən geniş bəhs edilir.
"Türkiyə üçün təhlükəsizlik tədbirlərinə töhfəmizi artırdıq. Tam şəkildə həyata keçirilməsinə sadiq qalırıq", - bəyanatda deyilir.
Suriyadakı Əsəd rejiminin öz xalqına qarşı raket istifadə etdiyini ifadə edən bənddə belə deyilir:
"Suriyadan Türkiyəni bir daha vura biləcək və ya təhdid edə biləcək raket atışlarına qarşı ayıq olmağa, ballistik raket təhdidini izləməyə və qiymətləndirməyə davam edirik".
Bəyanatda Suriyada təhlükəsizlik və sabitliyin BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun olaraq həqiqi bir siyasi proses olmadan əldə edilə bilməyəcəyi vurğulanıb.
Müttəfiqimiz Türkiyəyə təkrar təşəkkür edirik!
"Müttəfiqimiz Türkiyənin milyonlarla Suriyalıya ev sahibliyi etdiyinə görə bir daha minnətdarlığımızı bildiririk. Suriya daxilində atəşkəs elan edilməsi və BMT-nin Suriya xalqına ən azı 12 ay humanitar yardım göstərilməsini təmin etmək üçün yenidən səlahiyyət verilməsi çağrış edirik", - bəyanatda vurğulanır.
Hüseyn
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
