Dünya
Siz çeçenlər, çəyirtkə kimi öləcəksiniz! - Geraşenko
Ukraynanın ucsuz-bucaqsız ərazisində "əlimizə düşməyən" kadırovçular! Rusiya təbliğatı əsəbi şəkildə kadırovçuların Ukraynaya gələrək hər kəsə dərs verəcəyini bildirir. Mən açıq şəkildə Ramzan Kadırova müraciət edirəm: Niyə Çeçenistanda oturursunuz? Ukraynaya, yəni bizə gəlin. Kiyevə, Xarkova və ya Mariupola hücuma rəhbərlik edin və Putinə məharətinizi və sədaqətinizi İnstaqramda deyil, döyüş meydanında göstərin.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko Çeçenistanın rəhbəri Ramzan Kadırova açıq müraciət edərkən deyib.
O qeyd edib ki, bütün insanlar əvvəl-axır öləcək:
"Amma indi Ukrayna hərbçiləri qəhrəman kimi ölür, ruslar və çeçenlər isə pis çəyirtkələr kimi öləcəklər. Yenə də deyirəm, bütün insanlar əvvəl-axır öləcək - ruslar, çeçenlər və ukraynalılar da. Ancaq ukraynalılar öz evlərini, torpaqlarını müdafiə edərək qəhrəmanlar kimi ölürlər! Siz isə - ruslar, çeçenlər və başqaları burada özgəsinin evini çirkincəsinə soymağa gələn pis çəyirtkə kimi məhv olacaqsınız. Çeçenlər və başqaları haqqındakı nağıllardan qorxmayın. Bizim güllələrimiz, "Qrad"larımız, artilleriyamız, ATGM-lərimiz bütün digər işğalçılar kimi onlara da dəyir”.
Qeyd edək ki, Ramzan Kadırov Ukrayna əsgərlərini "şeytanlara" və banderaçılara qarşı birgə mübarizəyə səsləmişdi.
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO









.jpg)





.jpg)
















.jpg)


