Dünya
Rusiya Avropa Şurasından çıxır
Rusiya öz təşəbbüsü ilə Avropa Şurasından çıxıb.
Publika.az">Publika.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının Konstitusiya Məhkəməsindəki nümayəndəsi Olqa Sovgirya məlumat verib.
Sovgiryanın sözlərinə görə, bu, avtomatik olaraq Rusiyanın Avropa Şurasının bütün orqanlarında, o cümlədən Venesiya Komissiyasında üzvlüyünün dayandırılması deməkdir.
Vəziyyəti Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov şərh edib. O, rusiyalı jurnalistlərə bildirib ki, Rusiyanın Avropa Şurasından çıxması onun bütün institutlarından çıxması deməkdir.
Rusiyalı hüquqşünas Pavel Çikovun qeyd etdiyi kimi, Avropa Şurasının Nizamnaməsinə əsasən, ölkə gələn il yanvarın 1-dən üzvlüyünü dayandırır. Yəni, Rusiya Federasiyası yalnız 2023-cü il yanvarın 1-də Avropa Şurasından rəsmən çıxacaq.
Xatırladaq ki, 2014-cü ilin aprelində Avropa Şurası Parlament Assambleyası Krımın ilhaqı ilə əlaqədar Rusiya nümayəndə heyətini səsvermə hüququndan məhrum edib və onun nümayəndələrini assambleyanın bütün rəhbər orqanlarından xaric edib. Bununla bağlı Rusiya 2017-ci ilin iyun ayından Avropa Şurasına ianə ödəmir. AŞPA-nın bir çox üzvləri və siyasətçiləri Rusiyanın bu cür hərəkətlərini şantaj adlandırıblar.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
