Dünya
Ermənistandan ŞOK HƏMLƏ: Rusiyaya kömək üçün Ukraynada müharibəyə qatıldı - VİDEO
Video əlavə olunub.
***
Martın 25-də Ermənistan 4 ədəd Su-30 tipli qırıcı təyyarəsini xüsusi təlim keçmiş pilotları ilə birgə Rusiyanın tabeliyinə verib.
Publika.az xəbər verir ki, bu barədə “Haber Global” televiziya kanalı kəşfiyyat məlumatları əldə edib.
Məlumata görə, Su-30 tipli döyüş təyyarələri “Ukraynada istifadə olunmaq üçün” Rusiyaya gedib. Üstəlik, xüsusi təlim keçmiş erməni pilotlar Rusiya istehsalı olan qırıcılardan istifadə edirlər. Ermənistan bu addımı ilə Ukraynadakı işğala ortaq olub və müharibənin tərəfinə çevrilib. Bu ölkə bir daha regional sülhə deyil, münaqişəyə xidmət etdiyini nümayiş etdirir.
Ermənistan F-14 və F-15 təyyarələrinə rəqib olaraq istehsal edilən Su-30 döyüş təyyarələrindən 4-nü alıb. Təkmil çoxməqsədli döyüş təyyarələrinin çatdırılması 2020-ci ilin may ayında həyata keçirilib.
Ermənistan ordusu İkinci Qarabağ müharibəsində rus reaktiv təyyarələrindən istifadə edə bilmədi. Çünki raketin sifarişini gecikdirmişdilər. Yəni Ermənistan ən kritik silah alışını belə başa çatdıra bilmədi.
Azərbaycan Qarabağda qələbə qazananda əlçatmaz Rusiya təyyarələri əks-reaksiyaya səbəb oldu. Ermənistanın baş naziri Nikol Paşinyan qalmaqallı etiraf edib və keçmiş administrasiyanı günahlandırıb. İndi bu mübahisəli təyyarələrdən Ermənistanın çirkin məqsədləri üçün yenidən istifadə olunur.
Ermənistana sanksiyalar tətbiq olunacaq?
Erməni pilotları ilə birlikdə Su-30-lar Rusiyanın ixtiyarına verildi. Digər ölkələrin İrəvana reaksiyası isə maraq doğurur. Çünki Rusiya Ukraynanı işğal etdiyi üçün görünməmiş iqtisadi sanksiyalara məruz qalıb və Qərb ölkələri tərəfindən təcrid olunub.
Çin Rusiya ordusuna sursat tədarük edərsə, “nəticələrini çəkəcəksən” xəbərdarlığı edilib. Maraqlıdır, indi Rusiyaya hərbi dəstək verən Ermənistana qarşı sanksiyalar tətbiq olunacaq, yoxsa xəbərdarlıq ediləcək?
Ukraynada ağır canlı qüvvəsini və hərbi texnikasını itirən Rusiya da əlavə qüvvələri cəlb etməyə tələsir. Telekanal xatırladıb ki, Rusiya Ukraynada böyük itkilərə məruz qaldığına görə Azərbaycanın Qarabağ bölgəsinə müvəqqəti yerləşdirilmiş sülhməramlıları, habelə yanacaqdoldurma vasitələri və “Tiqr” zirehli texnikalarını Laçın dəhlizi üzərində Ermənistana geri çəkib. Oradan isə hərbi karqo təyyərəsi ilə Rusiyaya göndərilib.
Eyni zamanda qeyd olunub ki, Rusiya suriyalı muzdluları döyüşlərə cəlb etmək üçün Ermənistan ərazisindən baza kimi istifadə edir. Bildirilib ki, Suriya döyüşçülərinin Ukraynaya daşınması üçün əsas marşrut Ermənistandır. Bəşər Əsədin muzdluları Ermənistanın Erebuni aviabazasına toplaşır və oradan Rusiyanın Şimali Osetiya Respublikasının Mozdok şəhərinə gedirlər. Sonra rus əsgərləri ilə birlikdə Ukraynaya göndərilir.
İlk dəfə “Haber Global”ın açıqladığı bu faktın üzə çıxmasından iki həftə sonra Rusiya rəsmi olaraq Yaxın Şərqdən Ukraynaya qoşun yeridəcəyini açıqlayıb. Hazırda da muzdluların müharibəyə cəlb edilməsi prosesi davam edir.
Martın 25-də daha 2 İl-76 tipli hərbi yük təyyarəsi Suriyadan havaya qalxaraq İran və Xəzərdəki neytral ərazi üzərindən Rusiyaya gedib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
