Dünya
Putin QANUN İMZALADI: Rusiyada bunu edənlər HƏBS OLUNACAQ
Rusiya Prezidenti Vladimir Putin İkinci Dünya müharibəsində SSRİ ilə nasist Almaniyasını ictimai şəkildə eyniləşdirməyə görə cəriməni nəzərdə tutan qanunu imzalayıb.
Publika.az xəbər verir ki, Rusiya Prezidentinin imzaladığı sənəd rəsmi hüquq informasiya portalında dərc olunub.
Qanuna görə, ictimai şəkildə İkinci Dünya müharibəsində SSRİ və nasist Almaniyasının rolunu bənzədən, Sovet İttifaqının faşizm üzərində qələbədə rolunu inkar edən fiziki şəxslər 5 min rubla qədər cərimə və ya 15 günə qədər həbs, hüquqi şəxslər isə 100 min rubla qədər cərimələnəcəklər.
Beləliklə, məsuliyyət aşağıdakı formada müəyyən edilir:
vətəndaşlar üçün 1000 rubldan 2000 rubla qədər inzibati cərimə və ya 15 günə qədər inzibati həbs;
vəzifəli şəxslər üçün – 2000 rubldan 4000 rubla qədər cərimə;
hüquqi şəxslər üçün - 10 mindən 50 min rubla qədər.
Cinayətin təkrar törədilməsinə görə vətəndaşlar üçün 2,5 min rubldan 5 min rubla qədər miqdarda inzibati cərimə və ya 15 günə qədər inzibati həbs müəyyən edilir.
Vəzifəli şəxslər üçün 5 mindən 20 min rubla qədər inzibati cərimə və ya altı aydan bir ilədək müddətə diskvalifikasiya;
hüquqi şəxslər üçün 50 mindən 100 min rubla qədər miqdarda inzibati cərimə və ya 90 günə qədər fəaliyyətin inzibati dayandırılması.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
























.jpg)
.jpg)





