Dünya
Amerikalı xanım jurnalistin Azərbaycanla bağlı ŞOK TƏLƏSİ ÜZƏ ÇIXDI: Hərbçilərlə... - FOTO
Sosial mediada Azərbaycan və Türkiyəyə qarşı təxribatçı yazıları ilə tanınan amerikalı jurnalist Lindsi Teyler Snellin iki ölkənin vətəndaşlarından müxtəlif metodlarla məxfi məlumat toplamağa cəhd göstərdiyi məlum olub.
Publika.az-ın məlumatına görə, jurnalistin hədəf aldığı şəxslər arasında hərbçilər də var.
Həmçinin, onun sosial şəbəkə üzərindən hərbçilərə seksual xarakterli mesajlar göndərdiyi müəyyənləşib. Daha öncə Türkiyədə saxlanılaraq deportasiya edilən Lindsi Snellin Türkiyənin hərbi əməliyyatlarına və müdafiə sənayesinə aid bilgi toplamağa çalışdığı ortaya çıxıb. L.Snellin sosial şəbəkə hesabları vasitəsilə Azərbaycanın hərbi qulluqçularını, habelə Türkiyənin xaricdə fəaliyyət göstərən hərbçilərini hədəf aldığı, onların yardımı ilə Türkiyənin əməliyyatları və hərbi imkanları ilə bağlı ətraflı məlumat almağa çalışdığı aydın olub. Snellin İkinci Qarabağ müharibəsi zamanı da Türkiyə və Azərbaycana qarşı fəaliyyət göstərdiyi, bu kontekstdə müxtəlif addımlar atdığı, Ermənistanla əməkdaşlıq edərək Türkiyə əleyhinə nəşrlər hazırladığı müəyyən edilib.
Lindsi Snellin İnstaqram, Feysbuk, Tvitter kimi sosial şəbəkələrlə yanaşı, “Tinder” kimi tanışlıq proqramları ilə də hərbçilərlə əlaqə yaratdığı, onlarla cinsi söhbətlər etdiyi, foto və videolar paylaşdığı müəyyən edilib.
Məlumata görə, L.Snell 2016-cı ilin avqustunda Suriyadan Türkiyəyə qeyri-qanuni yollarla girərkən tutulub. O, eyni ildə hərbi qadağan zonasını pozmaq və casusluq ittihamı ilə həbs olunub və bir müddət həbsxanada qaldıqdan sonra Türkiyədən deportasiya edilib. “G-87” məhdudiyyət kodu ilə Türkiyəyə girişi yasaqlanan ABŞ vətəndaşı Lindsi Snell sosial şəbəkədə PKK/YPG və FETÖ ilə təmasda olmaqla yanaşı, eyni zamanda FETÖ ilə əlaqəli “The Investigative Journal” nəşrinin müəlliflərindən biridir.
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO














.jpg)

.jpg)

















.jpg)


