Dünya
Makronun andiçmə mərasiminin vaxtı MƏLUM OLDU
Aprelin 24-də ikinci müddətə Fransa prezidenti seçilən Emmanuel Makronun andiçmə mərasimi mayın 7-də baş tutacaq.
Publika.az xəbər verir ki, bu barədə RTL radiostansiyası Yelisey sarayındakı mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, mərasim səhər saatlarında Yelisey sarayında təşkil olunacaq, onu Fransa Konstitusiya Şurasının rəhbəri Loran Fabius keçirəcək. Bu andan etibarən respublika prezidentinin ikinci səlahiyyət müddəti rəsmən başlayacaq.
Bundan əvvəl Fransa Konstitusiya Şurası aprelin 24-də keçirilən prezident seçkilərinin ikinci turundan sonra Emmanuel Makronun respublika prezidenti seçilməsini artıq təsdiqləmişdi. Yekun məlumatlara görə, ikinci turda Makron 18,7 milyon (58,55%), rəqibi Marin Le Pen (Milli Ralli) 13,2 milyon (41,45%) səs toplayıb.
Fransada prezident seçkiləri iki turda - aprelin 10-da və 24-də keçirilib. Ümumilikdə dövlət başçısı postu uğrunda 12 namizəd mübarizə aparıb, Makron və Le Pen finala yüksəlib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
