Putin iqtisadi məsələlərlə bağlı iclas keçirəcək
Bizi izləyin

Dünya

Putin iqtisadi məsələlərlə bağlı iclas keçirəcək

Putin iqtisadi məsələlərlə bağlı iclas keçirəcək

Rusiya prezidenti Vladimir Putin cümə axşamı iqtisadi məsələlərlə bağlı iclas keçirəcək.

Publika.az">Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, daha əvvəl dövlət başçısının mətbuat katibi Dmitri Peskov bu tədbiri mayın 10-na təyin etsə də, sonra görüşün həftənin ikinci yarısına təxirə salınması qərara alınıb.

Peskov qeyd edib ki, Putin son aylarda qarşılaşdığımız şəraitdə iqtisadiyyatımızın fəaliyyətinin əsas aspektlərini danışmaq üçün mütəmadi olaraq iqtisadi blokun, hökumətin, prezident administrasiyasının nümayəndələrini bir araya toplayır.

Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı başlayandan və sonradan Rusiya Federasiyasına qarşı Qərbin yeni sanksiyalarını tətbiq edəndən bəri dövlət başçısı artıq ümumi iqtisadi məsələlərlə bağlı üç, eləcə də iqtisadiyyatın ayrı-ayrı sahələrinə dəstək məqsədilə bir neçə görüş keçirib. Belə ki, Putin hökumətdən, prezident administrasiyasından və Rusiya Federasiyası Mərkəzi Bankından olan həmkarları ilə son aylarda aviasiya sənayesi, metallurgiya, tikinti, neft-qaz sektoru, aqrar-sənaye və balıqçılıq komplekslərində yaranmış vəziyyəti müzakirə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm