Dünya
ABŞ-ın Ankaradakı səfiri XİN-ə çağırıldı
ABŞ-ın Ankaradakı fövqəladə və səlahiyyətli səfiri Ceff Flake Türkiyənin Xarici İşlər Nazirliyinə çağrılıb.
Publika.az xəbər verir ki, səfirə ötən gün İstanbulda keçirilən aksiyada asayişin təmin olunması istiqamətində peşə vəzifələrini yerinə yetirən Türkiyənin hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı tutarsız iddialar və zor tətbiqetmə ilə bağlı ABŞ Səfirliyinin qeyri-dəqiq informasiya yaymasının Ankaranı narahat etməsi ifadə olunub:
"ABŞ-ın ölkəmizdəki səfirinə, Birləşmiş Ştatlarda polis qüvvələrinin mülki vətəndaşlara qarşı zorakılıq halları xatırladılaraq, siyasi partiyaların keçirdiyi mitinqlərin Türkiyə demokratiyasında özünəməxsus ənənə halına gəlməsi bildirilib".
Qeyd olunub ki, ABŞ-da mitinqlərdə hüquq-mühafizə orqanlarının əməkdaşlarının “qeyri-mütənasib güc tətbiqi” ciddi problemdir. Belə bir şəraitdə Türkiyədə bununla bağlı mühüm problem olduğu görüntüsünün yaradılması isə yolverilməzdir. Həmçinin, Türkiyədə fikir və söz azadlıqlarının təmin olunmasında hansısa problemlərin olduğu imicini yaratmağın qəbuledilməz olduğu vurğulanıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
