Dünya
"Əl-Qaidə" lideri onun evində öldürülüb - Bayden AÇIQLADI
“Əl-Qaidə”nin lideri Ayman əz-Zəvahirinin kimin evində məhv edildiyi məlum olub.
Publika.az xəbər verir ki, məlumatı ABŞ prezidenti Co Bayden açıqlayıb.
Onun sözlərinə görə, ev Kabilin diplomatik məhəlləsində yerləşir. O, Əfqanıstanın daxili işlər nazirinin köməkçisinə məxsusdur.
Bayden qeyd edib ki, əməliyyat zamanı əl-Zəvahiri ailəsindən heç kim xəsarət almayıb. Mülki itkilər barədə də məlumat verilmir.
Amerika prezidenti əlavə edib ki, terrorçuların lideri daha əvvəl 2022-ci ildə müəyyən edilib. Bunu ABŞ kəşfiyyatı edib.
Xatırladaq ki, ötən gün Ağ Ev Ayman əl-Zəvahirinin sıradan çıxarılmasını təsdiqləyib. Silahlının oturduğu evə hücum Baydenin icazəsi ilə pilotsuz təyyarənin köməyi ilə həyata keçirilib.
Vaşinqtonun məlumatına görə, əl-Zəvahiri 2011-ci ildə bir nömrəli terrorçunun öldürülməsindən sonra qruplaşmanın lideri olub.
Hüseyn İbadlı
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
