Dünya
Peruda silhalı toqquşma: ölən və yaralananlar var
Peru polisi ölkənin cənubunda Apurimak regionunda Andauaylas aeroportunda etiraz aksiyası iştirakçılarından birinin həlak olması ilə bağlı məlumat yayıb. Bundan başqa, hüquq-mühafizə orqanının bir əməkdaşı yaralanıb.
Publika.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Peru Ombudsman Aparatının məlumatına görə, toqquşma zamanı nümayişin yeniyetmə iştirakçısı həlak olub. Bundan sonra nümayişçilər yerli polis məntəqəsinin binasını yandırıblar. KİV-in yazdığına görə, toqquşma nəticəsində 10 nəfər xəsarət alıb.
Daha əvvəl “CORPAC” şirkətinin yaydığı məlumatda nümayişçilərin növbədənkənar seçki keçirilməsini tələb etdikləri, Andauaylas aeroportunu tutduqları və orada onlarca insanı saxladıqları bildirilirdi. Həmçinin qeyd edilmişdi ki, etirazçılar yanacaq anbarını yandırıblar, 50 polis və “CORPAC” əməkdaşının olduğu terminalı mühasirəyə alıblar.
Perunun bir neçə regionunda etiraz aksiyaları keçirilir. Etirazçılar parlamentin fəaliyyətini dayandırmağı və ümumi seçkilərin vaxtından əvvəl keçirilməsini tələb edirlər. Dekabrın 10-da yeni Prezident Dina Boluarte mövcud vəziyyətdən sülh yolu ilə çıxmaq üçün vətəndaşları hakimiyyətlə dialoqa çağırıb.
Xatırladaq ki, Peru parlamenti dekabrın 7-də Xose Pedro Kastilyo Terronesi hakimiyyətdən uzaqlaşdırıb. Prezident isə Konqresin (parlament) buraxıldığını və ölkədə komendant saatı tətbiq olunduğunu elan edib. Lakin hərbçilər və polislər Konqresi dəstəkləyib. Qanunvericilər səsverməni ləğv etməyib və dövlət başçısının istefasını təsdiqləyib, Perunun birinci vitse-prezidenti Dina Boluarte dövlət başçısı qismində and içib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
