Dünya
Netanyahunun koalisiyası parlament çoxluğunu itirəcək: Əgər...
İsrail televiziyasının keçirdiyi sorğuya görə, İsrailin baş naziri Benyamin Netanyahunun koalisiyası parlament çoxluğu yarada bilməyəcək və onun Likud partiyası bu gün yeni seçkilər keçirilsə, Knessetdəki 120 yerdən 30-dan azını qazanacaq.
Publika.az xəbər verir ki, sorğu göstərir ki, Netanyahunun koalisiyası 54 yer, müxalifət partiyaları 61 yer alacaq, qalan 5 yer isə ərəb partiyalarının payına düşəcək.
Sorğu göstərir ki, əgər bu gün yeni seçkilər keçirilsəydi, Likud cəmi 25 yer qazanacaqdı ki, bu da partiyanın 2009-cu ildən bəri ən pis nəticəsidir, Benni Qantsın rəhbərlik etdiyi müxalif Milli Birlik bloku isə 23 mandat toplayacaq (hazırda 12) Mərkəzçi Yesh Atid 22 yeri ilə (hazırda 24 ) 3-cüdür.
Hazırda dini və sağçı partiyaların hakim koalisiyasında 64 mandat var: onlardan 32-si Netanyahunun Likud partiyasına, 11 yerə ultra-dini “Şas” blokuna, 7 yerə isə Yahadut HaTora (“Birləşmiş Tövrat Yəhudiliyi”) məxsusdur. İfrat sağçı HaTzionut HaDatit ("Dini Sionizm") 7 mandat, Otzma Yehudit ("Yəhudi Gücü") 6 mandat və Noam 1 mandata sahibdir.
Sorğunun nəticələri Netanyahunun irəli sürdüyü və müxalifətin fəal şəkildə daş-qalaq etdiyi mübahisəli məhkəmə islahatının fonunda gəlib. Son üç aydır on minlərlə insan bütün İsraildə islahat əleyhinə etiraz aksiyaları keçirir. Bazar ertəsi koalisiya tərəfdaşları ilə uzun və gərgin danışıqlardan sonra Netanyahu qanunvericiliyi Knessetin yay sessiyasına qədər saxlamağa razılaşıb. Buna baxmayaraq, ölkədə etirazlar davam edir.
Aydan
-
Elm və təhsil21:51Azərbaycanda universitetlər 3 illik olacaq? - Açıqlama
-
Hadisə19:20Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar
-
Rəsmi xronika17:25Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
-
ABŞ15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI
-
Dünya14:06Klintondan etiraf: Trampa və Netanyahuya nifrət edirəm
-
Region12:12Ermənistan-İran sərhədində körpünün tikintisinə nə vaxt başlanacaq? - Xəbər-ətər yoxdur
-
Nida Xəbər 10:27Bu ölkəyə də vizasız gedə biləcəyik






.jpg)






.jpg)


















.png)




