Dünya
Yarım milyondan çox NATO əsgəri HAZIR VƏZİYYƏTDƏ: müttəfiqlər razılığa gəliblər ki...
"Yarım milyondan çox NATO əsgəri hazır vəziyyətdədir".
Publika.az xəbər verir ki, bu barədə PAP agentliyinə Alyansın Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer məlumat verib.
Onun sözlərinə görə, NATO Soyuq Müharibədən bəri ən əhatəli müdafiə planlarını həyata keçirib və alyans qüvvələri bu planları fəal şəkildə sınaqdan keçirir və təkmilləşdirir. Hazırda 500 mindən çox hərbçi yüksək hazırlıq vəziyyətindədir.
Müttəfiqlər həmçinin Polşanın hava və raket əleyhinə müdafiəsini gücləndirmək barədə razılığa gəliblər.
Eyni zamanda, admiral qeyd edib ki, NATO alyansın heç bir ölkəsinə, o cümlədən Polşaya və ya Baltikyanı ölkələrə hücum təhlükəsi görmür.
Bundan əvvəl fransız general NATO-nun Rusiyanın hücumuna cavab verə bilməyəcəyini bildirmişdi. O, inzibati çətinliklərin maneə ola biləcəyini vurğulayıb. Belə ki, Paris 2022-ci ildə tankları Kiyevə köçürməyə hazırlaşarkən, hərbçilər Avropa gömrük xidmətlərinin bürokratik əngəlləri ilə üzləşiblər.
Hüseyn İbadlı
-
İdman07:47Sabiq hücumçu həbs edilə bilər
-
Magazin206:16“Mələk” nişan xəbərindən sonra bikinidə poza verdi - FOTO
-
ABŞ05:45Rubio xarici həmkarlarına İrana hücumla bağlı bu sözləri deyib
-
Cənubi Qafqaz04:44Məhkəmə Koçaryanın oğlu ilə bağlı belə qərar verdi
-
Dünya04:14Günəş sistemində doqquzuncu planet - Yerdən 10 qat ağırdır
-
Mətbəx02:42Əti əsla sərtləşdirməyən marinad texnikası
-
İdman00:15Günün ULDUZ FALI - Təşəbbüvü ələ ala bilərsiniz
-
İdman25 Avqust 23:45"Qarabağ" "Sabah"ı belə təbrik etdi













.jpg)












.jpg)
.jpg)