Dünya
5 ən zəngin ailə: Onlar dünyanı sərvətləri ilə idarə edirlər - FOTO
2024-cü ildə sərvətləri ilə diqqət çəkən dünyanın ən zəngin 5 ailəsi açıqlanıb. Bu ailələr sərvətləri ilə qlobal iqtisadi nizamın mühüm tərkib hissəsi olaraq dünya bazarlarına istiqamət verir.
Publika.az xəbər verir ki, bu sıralamada “Walmart”-ın qurucuları kimi tanınan Uolton ailəsi birinci yeri tutur. Ailənin sərvəti 347 milyard dollardır. Onlar pərakəndə satış sənayesində dünya lideridir. Bu gün 11 mindən çox mağazası olan “Walmart” ilk mağazasını 1962-ci ildə Arkanzasda açıb.

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabinin hakim ailəsi Əl Nəhyan 305 milyard dollarlıq sərvətlə dünyanın ikinci ən zəngin ailəsidir. Enerji sektorunda və strateji investisiyalarda böyük rol oynayan bu ailə son illər sürətlə yüksəlib.

“LVMH” lideri Bernard Arnault və ailəsi 191,8 milyard dollar sərvətlə üçüncü yerdədir. Lüks istehlak sənayesinin nəhənglərindən biri olan Arnault ailəsi moda və ətir kimi sahələrdə dünyaca məşhur brendlərə sahibdir.

Fransız moda nəhəngi “Hermes”-in altıncı nəsil varisləri 151 milyard dollarlıq sərvətlə siyahıda dördüncü yerdədir. Dəbdəbəli moda və aksessuarlarda dünya lideri olan bu brend “Kelly” çantaları ilə tanınır.

Siyahıda 5-ci yerdə Amerikanın ən böyük özəl şirkətlərindən biri olan “Koch Industries”-in sahibləri olan Koç ailəsidir. Bu ailənin sərvəti 144 milyard dollardır. Ailə neft və kimya sənayesində əhəmiyyətli nüfuza sahibdir.

Roza Şəfiyeva
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin
-
Hadisə00:27Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - Yeniləndi
-
Nəqliyyat10 Avqust 21:39Sabahdan Bakıda bu yollar bağlanacaq
-
Region10 Avqust 20:36Xamenei fərman imzaladı: İranda hərbi rəhbərlikdə yeni təyinatlar
-
Hadisə10 Avqust 19:5017 yaşlı Gülnaz qardaşını xilas edərkən boğulubmuş - Foto
-
Kriminal10 Avqust 19:10Azərbaycanda "WhatsApp" istifadəçiləri belə aldadılır - DTX xaricdən idarə olunan şəbəkə barədə xəbərdarlıq etdi
-
Kriminal10 Avqust 18:1010 milyon dövriyyəsi olan onlayn mərc şəbəkəsi ifşa olundu - Həbs edilənlər var
































