Dünya
ABŞ-dan Türkiyə mesajı: Pentaqon rəsmisi bu sualdan yayındı
ABŞ Müdafiə Nazirliyi Suriyada Baas rejiminin süqutu ilə ortaya çıxan vəziyyətlə bağlı Türkiyə ilə əlaqənin davam etdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq gündəlik mətbuat konfransında danışıb.
Sinq ABŞ-ın Suriyadakı hadisələrlə bağlı Türkiyədəki həmkarları ilə davamlı əlaqədə olduğunu bildirib: "Biz bilirik ki, bölgədə vəziyyət daim dəyişən dinamikaya malikdir. Türkiyə şübhəsiz ki, Suriya daxilindən gələn təhdidlərlə üzləşir və özünü qorumaq hüququna malikdir".
ABŞ-ın Suriya ilə bağlı təkcə Türkiyə ilə deyil, digər tərəflərlə də əlaqə saxladığını bildirən Sinq, bölgədəki gərginliyi və münaqişələri azaltmağa çağırıb.
O, ABŞ-ın Suriyada yalnız İŞİD-ə qarşı mübarizə aparmaq üçün olduğunu və PYD/YPG terror qrupları ilə təmaslarını davam etdirdiyini iddia edib. Sinq Türkiyə ilə bu terror təşkilatları arasında qarşıdurmaların olması halında ABŞ-ın hansı mövqedə ola biləcəyi sualından isə yayınıb.
Roza
-
Nəqliyyat13:37Hava limanında həyəcanlı anlar: Təyyarənin enişdə təkəri partladı - FOTO
-
Magazin113:15“Uzak şehir”də yeni aktrisa - Foto
-
Magazin112:53Xalq artistinin ailəsində ağır itki
-
Yaxın Şərq12:44İran: ABŞ və İsrailə qarşı daha dağıdıcı plan hazırlamışıq
-
Ekologiya12:16Sabahın hava proqnozu açıqlandı
-
Digər11:56Maşın zəvvarlara çırpıldı - 15 ölü 40 yaralı var
-
Hadisə09:19Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın söndürüldü - FOTO/YENİLƏNDİ
-
Avropa08:48NATO Ukraynada vəziyyəti sabitləşdirmək üçün imitasiya edir - 1500 hərbçi...


































