Dünya
Bu ölkə Rusiyanı ən böyük təhlükə elan etdi: Onları da müharibəyə cəlb edəcək
Bolqarıstan milli təhlükəsizlik baxımından ölkənin son vəziyyətini nəzərdən keçirərək, Qara dəniz qonşusu Rusiyanı “ən böyük təhlükə” elan edib.
Publika.az xəbər verir ki, bu barədə Bolqarıstan Milli Radiosu (BNR) məlumat yayıb.
Bildirilib ki, milli müdafiə strategiyasını təsdiq edən hökumət ölkənin müdafiəsinin NATO-nun kollektiv müdafiəsi kontekstində və Aİ-nin Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti çərçivəsində həyata keçiriləcəyini açıqlayıb.
Vurğulanıb ki, hökumət strategiyaya lazım gəldikdə düzəlişlər edə və dəyişdirə bilər:
"Bolqarıstan və regionumuz üçün əsas təhlükə Rusiyadır. Rusiyanın Ukraynaya hərbi təcavüzü nəinki bu regionda, həm də dünyada sabitliyi pozmaqda davam edəcək. Aparıcı güclər arasında münaqişə meylinin artması beynəlxalq münasibətlərdə strateji məqsədlərə nail olmaq üçün silahlı qüvvələrdən istifadə təhlükəsini artıracaq".
Xəbərdə Rusiyanın Ukraynaya qarşı başladığı müharibənin digər ölkələrə də sirayət edə biləcəyi vurğulanıb: “Moskva Avropa İttifaqı və NATO ölkələrini də müharibəyə cəlb edə bilər. Ukraynanın təhrik etmədiyi müharibəyə başlamaqla Rusiya beynəlxalq hüququ pozdu, Avropanın təhlükəsizlik arxitekturasını əsaslı şəkildə pozdu və Avropada sabit təhlükəsizlik mühitinə töhfə verən amilləri dəyişdi”.
Roza
-
Maraq dünyası17:00Sürücü polisin yazdığı cərimə protokolunu yedi
-
Hadisə16:32Bakının Xətai rayonunda güclü yanğın başlayıb - VİDEO
-
Yaxın Şərq16:21Xamenei müəmması böyüyür - "Köhnə videodur, amma sağdır" deyirlər
-
Nəqliyyat15:54Bakıda sürücü avtomobili yolun ortasında qoyub getdi - VİDEO
-
Avropa15:09Almaniya XİN-dən Sülh Sammitinin ildönümü ilə bağlı paylaşım
-
Hadisə14:50Çingiz Əlioğlu vəfat etdi
-
Ekologiya12:36Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - HAVA PROQNOZU
-
MDB12:19Dəhşətli qəza - 4 nəfər yanaraq öldü (VİDEO)


























.jpg)








